Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +28° C
Spada sıralanma turundan əvvəl sürücülər quru trasda yalnız bu gün bir saat işləyə bilmişdilər – dünən hamıya yağış mane olmuşdu. Heç də hamı düzgün sazlanmaları tapa bilməyib, əsas problem isə soyuq havada təkərlərin gec qızıdırılması olub.
Dünən axşam Mark Uebberin maşınında Red Bull mühəndisləri ötürmələr qutusunu dəyişiblər. Bu gün səhər isə Niko Rosberqin maşınında ötürmələr qutusu dəyişdirilib. Hər iki sürücü sabah yarışın startında 5 yer itirməli olacaq.
Spada sıralanma turu həlledici əhəmiyyət kəsb eləmir, son 18 il ərzində yalnız 4 dəfə poul qazanmış sürücü qələbə qazanıb.
Birinci hissədə protokollara Medium təkərlərlə Pastor Maldonado başçılıq edib, mübarizəni isə Niko Rosberqlə birlikdə “yeni” komandaların sürücüləri dayandırıblar. Bütün sürücülər 107%-lik səddi aşdıqları üçün starta buraxılıblar.
İkinci hissədə Batton və Rəykkönen elə ilk cəhdlərində yaxşı nəticə göstəriblər və trasa qayıtmayıblar. Digər sürücülər arasında gərgin mübarizə gedib, Battonun nəticəsini üstələyən olmayıb və mübarizəni Fettel, Hülkenberq, Şumaher, Massa, Vern, Rikkardo və Senna dayandırıblar.
Üçüncü hissədə yenə də Batton və Rəykkönen ilk dəqiqələrdə trasa çıxıblar. Digər sürücülər isə yalnız bir cəhd ediblər. Batton McLaren-in heyətində ilk, karyerasında isə 8-ci poulunu qazanıb. Sabah onunla yanaşı yarışa Kamui Kobayaşi başlayacaq – yaponiyalı sürücü karyerasının ən yaxşı nəticəsini göstərib. Maldonado və Rəykkönen isə ikinci cərgədən hücum edəcəklər.
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | C.Batton | McLaren | Mercedes | 02 | 1:49.250 | 01 | 1:47.654 | 1:47.573 | – |
02 | K.Kobayaşi | Sauber | Ferrari | 10 | 1:49.686 | 06 | 1:48.569 | 1:47.871 | + 0.298 |
03 | P.Maldonado | Williams | Renault | 01 | 1:48.993 | 10 | 1:48.780 | 1:47.893 | + 0.320 |
04 | K.Rəykkönen | Lotus | Renault | 05 | 1:49.546 | 03 | 1:48.414 | 1:48.205 | + 0.632 |
05 | S.Peres | Sauber | Ferrari | 09 | 1:49.642 | 02 | 1:47.980 | 1:48.219 | + 0.646 |
06 | F.Alonso | Ferrari | Ferrari | 04 | 1:49.401 | 07 | 1:48.598 | 1:48.313 | + 0.740 |
07 | M.Uebber | Red Bull | Renault | 14 | 1:49.859 | 04 | 1:48.546 | 1:48.392 | + 0.819 |
08 | L.Həmilton | McLaren | Mercedes | 08 | 1:49.605 | 05 | 1:48.563 | 1:48.394 | + 0.821 |
09 | R.Qrojan | Lotus | Renault | 17 | 1:50.126 | 08 | 1:48.714 | 1:48.538 | + 0.965 |
10 | P.di Resta | Force İndia | Mercedes | 16 | 1:50.033 | 09 | 1:48.729 | 1:48.890 | + 1.317 |
11 | S.Fettel | Red Bull | Renault | 11 | 1:49.722 | 11 | 1:48.792 | – | – |
12 | N.Hülkenberq | Force İndia | Mercedes | 03 | 1:49.362 | 12 | 1:48.855 | – | – |
13 | M.Şumaher | Mercedes AMG | Mercedes | 12 | 1:49.742 | 13 | 1:49.081 | – | – |
14 | F.Massa | Ferrari | Ferrari | 07 | 1:49.588 | 14 | 1:49.147 | – | – |
15 | J.E.Vern | Toro Rosso | Ferrari | 13 | 1:49.763 | 15 | 1:49.354 | – | – |
16 | D.Rikkardo | Toro Rosso | Ferrari | 06 | 1:49.572 | 16 | 1:49.543 | – | – |
17 | B.Senna | Williams | Renault | 15 | 1:49.958 | 17 | 1:50.088 | – | – |
18 | N.Rosberq | Mercedes AMG | Mercedes | 18 | 1:50.181 | – | – | – | – |
19 | H.Kovalaynen | Caterham | Renault | 19 | 1:51.739 | – | – | – | – |
20 | V.Petrov | Caterham | Renault | 20 | 1:51.967 | – | – | – | – |
21 | T.Qlok | Marussia | Cosworth | 21 | 1:52.336 | – | – | – | – |
22 | P.de la Rosa | HRT | Cosworth | 22 | 1:53.030 | – | – | – | – |
23 | Ş.Pik | Marussia | Cosworth | 23 | 1:53.493 | – | – | – | – |
24 | N.Kartikeyan | HRT | Cosworth | 24 | 1:54.989 | – | – | – | – |