Belçika Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.
Cümə axşamı Fernando Alonso (McLaren), Lyuis Həmilton (Mercedes AMG), Daniil Kvyat (Red Bull), Kimi Rəykkönen (Ferrari), Uill Stivens (Manor) və Maks Ferstappen (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Ceyms Əllison (Ferrari), Nik Çester (Lotus), Campaolo Dallara (Sauber), Əndryu Qrin (Force İndia), Pəddi Lou (Mercedes AMG) və Pol Monoqan (Red Bull) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir…