Belçika Qran Prisi: Birinci sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +17°-19° C, trasın temperaturu +21°-27° C Bu gün Formula1 mövsümü yay tətilindən sonra Spada davam edib. […]

Quru. Günəşli. Havanın temperaturu +17°-19° C, trasın temperaturu +21°-27° C

Bu gün Formula1 mövsümü yay tətilindən sonra Spada davam edib. Lotus komandasında Roman Qrojanı birinci məşqlərdə Colion Palmer əvəz edib, digər komandalar isə əsas sürücüləri ilə işləyiblər. Bütün komandalar yeni aerodinamik elementlər gətiriblər – Spa və Monsada asfalta yatma qüvvəsinin ən aşağı kəmiyyətləri tətbiq olunacaq. Nahardan əvvəl komandalar yeniliklərin effektliyini qiymətləndirməklə məşğul olublar.

İlk 30 dəqiqə ərzində Niko Rosberq və Felipe Nasrın maşınlarında problemlər üzə çıxıb, almaniyalı sürücünün mexanikləri problemi dərhal həll etsələr də, bu gün ad gününü qeyd edən braziliyalı sürücü sessiyanın böyük bir hissəsini itirməli olub.

Sessiyanın yarısı arxada qaldıqdan sonra qırmızı bayraqlar dalğalanmağa başlayıb – Pastor Maldonado 7-ci döngənin çıxışında porebrikin üzərində yerində fırlanaraq qoruyucu baryerlərə çırpılıb. Sürücü ciddi zədə almayıb, maşının təxliyyəsi və baryerlərin bərpası 10 dəqiqə çəkib – Pastor bir daha trasa qayıtmayıb.

Protokollara isə Niko Rosberq başçılıq edib – düz bir il əvvəl də ilk sessiyada Rosberq fərqlənmişdi, amma bu gün Niko keçənilkindən 0.5 saniyə sürətli olub. F-1.az xatırladır ki, nahardan sonra məşqlər davam edəcək…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes AMG Mercedes 1:51.082 19
02 L.Həmilton Mercedes AMG Mercedes 1:51.324 + 0.242 24
03 D.Rikkardo Red Bull Renault 1:51.373 + 0.291 18
04 K.Rəykkönen Ferrari Ferrari 1:51.478 + 0.396 23
05 S.Fettel Ferrari Ferrari 1:51.866 + 0.784 21
06 D.Kvyat Red Bull Renault 1:51.960 + 0.878 18
07 M.Ferstappen Toro Rosso Renault 1:52.158 + 1.076 27
08 K.Sayns Toro Rosso Renault 1:52.421 + 1.339 26
09 S.Peres Force İndia Mercedes 1:52.423 + 1.341 20
10 V.Bottas Williams Mercedes 1:52.511 + 1.429 19
11 P.Maldonado Lotus Mercedes 1:52.539 + 1.457 15
12 N.Hülkenberq Force İndia Mercedes 1:52.614 + 1.532 20
13 F.Nasr Sauber Ferrari 1:52.640 + 1.558 16
14 F.Massa Williams Mercedes 1:52.653 + 1.571 22
15 M.Erikson Sauber Ferrari 1:53.426 + 2.344 16
16 F.Alonso McLaren Honda 1:53.502 + 2.420 15
17 C.Palmer Lotus Mercedes 1:53.799 + 2.717 23
18 C.Batton McLaren Honda 1:54.225 + 3.143 14
19 U.Stivens Manor Ferrari 1:55.501 + 4.419 16
20 R.Merhi Manor Ferrari 1:56.086 + 5.004 17
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*