Belçika QP-nin promouterləri yeni müqaviləyə ümid edirlər

Yarışın promouteri Vanessa Maes ümid edir ki, Spa çempionatın təqvimində qalacaq və bununla bağlı kifayət qədər tez qərar veriləcək.

F-1.az xatırladır ki, Belçikanın Formula1 ilə hazırkı müqaviləsi bu il başa çatır, lakin yarışın təşkilatçıları onun uzadılması üçün hər cür səy göstərirlər.

Vanessa Maes: “Çempionatın təqvimində yerlərin baha olduğu aydındır. Artıq bu il vəziyyət çox çətin idi, lakin biz sübut etdik ki, 2022-ci ildə əla iş görmüşük, amma indi gələcəyin qayğısına qalmalıyıq.

Formula1 bizə gələcəyə baxışını təqdim etdib və biz onların bütün tələblərinə aydın şəkildə cavab veririk. Həmçinin çempionatın rəhbərliyi də sevinir ki, bizi ölkəmizin siyasi liderləri yarışı dəstəkləyir. Ümid edirik ki, yaxın həftələrdə və aylarda biz bir neçə illik müqavilə imzalaya biləcəyik və bunun üçün hər şeyi edirik.

Bəhreyndə keçirilən görüşdə iştirak etmək çox vacib idi. Çünki bu, digər promouterlərlə, FOM rəhbərliyi ilə və mətbuatla ünsiyyət qurmaq imkanı verir. Məhz belə görüşlərdə danışıqlar prosesində irəli getmək olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*