Belçika-2023: Sprint yarışının sıralanma turu

Bu həftəsonuna damğa vuran komandaların gətirdiyi yeniliklər yox, yağıntılı hava şəraitidir.

F-1.az xəbər verir ki, yağış mərhələ başlamazdan əvvəl güclənib və sıralanma turu vəziyyət düzələnə qədər təxirə salınıb. FİA-nın bu qədər ehtiyatlı olmasının səbəbi 3 həftə əvvəl Spada yağışlı şəraitdə gənc sürücünün qəzada ölməsidir.

Tezliklə yağıntı kəsilib və 35 dəqiqəlik gecikmədən sonra sürücülər mübarizəyə başlayıblar.

İlk sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb və ciddi insiden olmayıb. Ferstappen ən yaxşı nəticəni göstərib – 1:58.135. Hülkenberq dünən olduğu kimi, yenə də nəticə əldə etmədən boksa qayıdıb. Onunla birlikdə Çjou, Maqnussen, Bottas və Tsunoda da mübarizəni dayandırıb.

İkinci sessiyada da hamı yaşıl təkərlərlə boksları tərk edib, lakin trayektoriya da qurumağa başlayıb. Stroll sliklərə keçən ilk sürücü olub və bu, yaxşı nəticə verməyib – qəza nəticəsində bariyerə çırpılıb və qırmızı bayraqlarla sessiya dayandırılıb. Sona az qaldığı üçün ikinci sessiyanın davam etdirilməməsinə qərar verilib.

Ferstappen yenə də protokollarda birinci olub – 1:55.200. Alonso, Stroll, Sarcent, Elbon və Rikkardo ilk onluğa düşməyiblər. Rikkardodan başqa digər 4 sürücü ümumiyyətlə nəticə göstərməyə imkan tapmayıb.

Son Sessiyada sürücülər artıq Soft təkərləri seçiblər. Tras da quruduğu üçün hər növbəti nəticə daha yaxşı olub. Son saniyələrdə liderin adı dəfələrlə dəyişilsə də, yekun nöqtəni Maks Ferstappen qoyub – 1.49.056.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:58.135 6 1 1:55.200 3 1:49.056 5
2 81 Oskar Piastri McLaren 11 2:00.056 6 6 1:56.392 3 1:49.067 5
3 55 Karlos Sayns Ferrari 6 1:59.414 6 7 1:56.557 3 1:49.081 5
4 16 Şarl Lekler Ferrari 7 1:59.575 6 5 1:56.265 3 1:49.251 5
5 4 Lando Norris McLaren 13 2:00.436 7 8 1:56.828 5 1:49.389 4
6 10 Pyer Qasli Alpine 10 2:00.032 6 4 1:56.137 4 1:49.700 5
7 44 Lyuis Həmilton Mercedes 2 1:58.939 7 2 1:55.823 5 1:49.900 4
8 11 Serxio Peres Red Bull 5 1:59.362 6 3 1:55.878 3 1:49.961 5
9 31 Esteban Okon Alpine 8 1:59.884 6 9 1:57.051 4 1:50.494 5
10 63 Corc Rassell Mercedes 15 2:00.475 6 10 1:57.393 3 1:55.742 4
11 3 Daniel Rikkardo AlphaTauri 12 2:00.177 6 11 1:57.687 4
12 23 Aleksander Elbon Williams 4 1:59.198 6 12  – 2
13 2 Loqan Sarcent Williams 9 2:00.031 6 13  – 4
14 18 Ləns Stroll Aston Martin 14 2:00.460 6 14  – 3
15 14 Fernando Alonso Aston Martin 3 1:59.038 5 15  – 1
16 22 Yuki Tsunoda AlphaTauri 16 2:00.568 6
17 77 Valtteri Bottas Alfa Romeo 17 2:00.951 6
18 20 Kevin Maqnussen Haas 18 2:01.079 7
19 24 Quanyu Çjou Alfa Romeo 19 2:01.430 7
20 27 Niko Hülkenberq Haas 20  – 6
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*