Belçika-2023: Sıralanma turu

Spada bu gün fasiləsiz yağış yağıb və bura üçün tanış vəziyyətdir. Yağıntı bir qədər səngiyib və təsnifat mərhələsinin startı 10 dəqiqə təxirə salınıb.

F-1.az xatırladır ki, sprint yarışlı həftəsonunun yeganə məşqlərində Karlos Sayns hamıdan sürətli olub.

İlk sessiyada maşınlara keçid təkərləri taxılıb. Bir çox sürücü trasdan çıxdığı üçün dövrəvi nəticəsi ləğv edilib. Lekler 1:58.300 ilə ən sürətli olub, növbəti on sürücü də 1 saniyəlik interval içində nəticə göstərib. Yağış dayanıb, trasın vəziyyəti düzəlib. Bu da nəticələrə dərhal təsir edib. Hülkenberq, Rikkardo, Sarcent, Çjou və Elbon mübarizəni dayandırıb.

İkinci sessiyada da maşınlarda yaşıl təkərlər görünüb. Lakin tezliklə radiodanışıqlarda sliklərə keçiddən bəhs edilməyə başlanıb. İlk addımı isə Bottas atıb. Okon sürüşərək trasdan çıxıb və ön qanadı zədələyib. Fransız sürücü boksa qayıdıb. Maqnussen də eyni səhvə yol verib və bariyerləri düzəltmək lazım gəlib. Bu dəfə lider Piastri olub – 1.51.534. Okon, Bottas, Maqnussen, Qasli və Tsunoda üçün sıralanma turu başa çatıb.

Final sessiyası Maqnussenin qəzasına görə 3 dəqiqə gec başlayıb. Bütün sürücülər Soft təkərlərdən istifadə ediblər. Lekler ilk cəhdində sürətli olub, ikincidə isə Ferstappen onu qabaqlayıb – 1.46.148.

Beləliklə, Maks Ferstappen ən sürətli olsa da, startda 5 yer itirəcəyi üçün poulun sahibi Şarl Lekler olub. Monakolu sürücü mövsümdə Azərbaycandan sonra ikinci, karyerasında isə 20-ci poulunu əldə edib.

Bazar günkü yarışa o, Serxio Pereslə birlikdə ən ön cərgədən başlayacaq. Sabah isə bizi sprint yarışı və öncəsində onun sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 2 1:58.515 8 10 1:52.784 8 1:46.168 6
2 16 Şarl Lekler Ferrari 1 1:58.300 9 3 1:52.017 8 1:46.988 6
3 11 Serxio Peres Red Bull 7 1:58.899 8 7 1:52.353 8 1:47.045 6
4 44 Lyuis Həmilton Mercedes 3 1:58.563 9 6 1:52.345 8 1:47.087 7
5 55 Karlos Sayns Ferrari 4 1:58.688 9 2 1:51.711 8 1:47.152 6
6 81 Oskar Piastri McLaren 6 1:58.872 9 1 1:51.534 8 1:47.365 6
7 4 Lando Norris McLaren 14 1:59.981 8 5 1:52.252 7 1:47.669 6
8 63 Corc Rassell Mercedes 8 1:59.035 9 8 1:52.605 8 1:47.805 7
9 14 Fernando Alonso Aston Martin 5 1:58.834 8 9 1:52.751 8 1:47.843 6
10 18 Ləns Stroll Aston Martin 13 1:59.663 8 4 1:52.193 8 1:48.841 6
11 22 Yuki Tsunoda AlphaTauri 9 1:59.044 8 11 1:53.148 7
12 10 Pyer Qasli Alpine 11 1:59.511 9 12 1:53.671 8
13 20 Kevin Maqnussen Haas 15 2:00.020 9 13 1:54.160 8
14 77 Valtteri Bottas Alfa Romeo 10 1:59.484 9 14 1:54.694 8
15 31 Esteban Okon Alpine 12 1:59.634 8 15 1:56.372 5
16 23 Aleksander Elbon Williams 16 2:00.314 8
17 24 Qaunyu Çoju Alfa Romeo 17 2:00.832 9
18 2 Loqan Sarcent Williams 18 2:01.535 6
19 3 Daniel Rikkardo AlphaTauri 19 2:02.159 8
20 27 Niko Hülkenberq Haas 20 2:03.166 5
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*