F-1.az xatırladır ki, cümə günü baş tutan sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, daha sonra isə Maks Ferstappen hamıdan sürətli olub. Dünənki son məşqlərdə isə Serxio Peres protokollara başçılıq edib. Sıralanma turunda Maks Ferstappen böyük fərqlə qalib gəlib, lakin yeritirmə cəzasına görə pouldan başlamaq haqqını ikinci olan Karlos Sayns əldə edib.
Səkkiz sürücü güc qurğusu dəyişikliyinə görə yer itirməklə cəzalandırılıb – Bottas 15 yer itirməli olub, Ferstappen, Lekler, Okon, Norris, Çjou və Şumaxer peletonun arxasına göndəriliblər. Tsunoda isə qapalı park qaydalarının pozularaq motorun dəyişdirilməsinə görə pit-leyndən start almalı olub.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4tərkiblərini gətirib. Start üçün Sayns, Bottas, Ferstappen və Lekler Soft, Tsunoda Hard, qalanları isə Medium-u seçiblər.
Yarışa birinci cərgədən Sayns və Peres, ikinci cərgədən Alonso və Həmilton, üçüncü cərgədən isə Rassell və Elbon başlayıb.
Startda Sayns üstünlüyünü qoruyub, Peres isə Alonso və hər iki Mercedes sürücüsündən geri qalıb. Fettel komanda yoldaşını trasdan çıxarıb və onun yer itirməsinə səbəb olub. Həmilton və Alonso təmas yaşayıblar – Lyuis yarışı dayandırmalı olub. Heç bir cəza verilməsə də, yeddiqat dünya çempionu səhvini boynuna alıb. Ferstappen və Lekler ilk onluğa giriblər. 2-ci dövrədə ilk onluq: Sayns – Peres – Rassell – Alonso – Fettel – Rikkardo – Albon – Ferstappen – Lekler – Stroll.
Latifi 6cı döngədə sürüşərək Bottasla təmas yaşayıb və finlandiyalı sürücünün yarışı dayandırmasına səbəb olub. TM trasa daxil olub. Leklerin ön əyləcinin soyutma sisteminə yad cismin düşməsi onun erkən pit-stop etməsinə səbəb olub. Restart 4-cü döngədə verilib – Sayns yenə yerini qoruyub. Alonso Rassellə hücumlar edib. Ferstappen isə Elbon və Rikkardonu dərhal keçib. Lekler də Latifi və Şumaxeri ötüb.
Elbon da Rikkardonu geridə qoyub. Maks isə növbəti 2 dövrədə Fettel, Alonso və Rasselli də keçərək artıq ilk üçlüyə yüksəlib. Lekler hər iki AlphaTauri pilotunu qabaqlayıb, Norris isə Maqnusseni geridə qoyub. Lekler daha sonra Çjou və Maqnussenlə mübarizədən qalib ayrılıb.
Elbon və Qasli pit-stop dalğasını başladıb, 12-ci dövrədə Sayns, Alonso və Maqnussen onlara qoşulub. Ferstappen komanda yoldaşını keçərək liderliyə yüksəlib, Sayns isə Rikkardonu keçib. Rikkardo, Okon və Rassell də təkərlərini dəyişiblər. Norris də pit-stopa çağrılıb, Lekler Strollu da geridə qoyub.
Peres, Fettel, Çjou və Şumaxer 15-ci dövrədə təkərlərini dəyişiblər. Peres Lekleri üstələyib. Şarl əks hücum etsə də, meksikalı sürücü yerini qoruyub. Maks pit-stopdan Saynsdan 5 saniyə arxada ikinci qayıdıb. Rassell də Lekleri ötüb.
Fettel Elbonu, Okon isə Rikkardonu keçib. Ferstappen böyük üstünlüklə Saynsa yaxınlaşaraq onu geridə qoyub, hətta dövrənin sonunda fərqi 2 saniyəyə çıxarıb. Norris Çjounu, Okon Elbonu üstələyib. Peres də ikinci yer uğrunda mübarizədə Saynsı udub.
Qasli, Sayns, Lekler və Alonso yenə pit-stop ediblər, Elbon, Stroll, Peres və Maqnussen də bir qədər sonra eyni addımı atıb. Alonso Çjounu keçərək 10-cu yerə qalxıb. Çinli sürücü pit stopa yönəlib, Rassell də təkərlərini yenə dəyişib. Ferstappen də pir-stopdan ldier kimi qayıdıb. Lekler Fetteli qabaqlayıb.
Okon, Rikkardo və Fettel təzə təkərlərə keçiblər. 35-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Sayns – Rassell – Lekler – Alonso – Qasli – Fettel – Okon – Albon.
Fettel Qasliyə hücum edərək qabaqlayıb, elə bu anda Okon onların hər ikisini keçib. Lekler sürətli dövrə üçün 43-cü dövrədə Soft təkərlərə keçib. lakin trasa qayıdarkən Alonso tərəfindən keçilib. Yenidən mövqeyini qaytarmaq cəhdi onu sürətli dövrədən məhrum edib. Daha sonra isə pit-leyndə sürət həddini aşdığı məlum olduğu üçün 5 saniyəlik cəza verilib və mövqeyini itirmiş olub.
Maks Ferstappen mövsümdə 9-cu, karyerasında isə 29-cu qələbəsini qazanıb. İkinci olan Serxio Peres həm çempionatda Şarl Lekleri qabaqlayıb, həm də komandasına mövsümdə 4-cü, tarixində isə 21-ci dublunu qazandırıb. Podiumun son pilləsinə Karlos Sayns çıxıb ki, bu, Ferrari-nin son 3 yarışda yeganə podiumu olub.
Mübarizə 1 həftə sonra çempionatın liderlinin vətənində – Niderlandda baş tutacaq…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:25:52.894 | 2 |
2 | 11 | Serxio Peres | Red Bull | + 0:17.841 | 2 |
3 | 55 | Karlos Sayns | Ferrari | + 0:26.886 | 2 |
4 | 63 | Corc Rassell | Mercedes | + 0:29.140 | 2 |
5 | 14 | Fernando Alonso | Alpine | + 1:13.256 | 3 |
6 | 16 | Şarl Lekler * | Ferrari | + 1:14.936 | 2 |
7 | 31 | Esteban Okon | Alpine | + 1:15.640 | 2 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | + 1:18.107 | 2 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:32.181 | 2 |
10 | 23 | Aleksander Elbon | Williams | + 1:42.304 | 2 |
11 | 18 | Ləns Stroll | Aston Martin | + 1:43.184 | 2 |
12 | 4 | Lando Norris | McLaren | + 1:44.887 | 2 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:45.429 | 2 |
14 | 23 | Quanyu Çjou | Alfa Romeo | + 1:46.463 | 2 |
15 | 3 | Daniel Rikkardo | McLaren | + 1:46.829 | 2 |
16 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
17 | 47 | Mik Şumaxer | Haas | +1 dövrə | 2 |
18 | 6 | Nikolas Latifi | Williams | +1 dövrə | 3 |
* – Şarl Leklerin pit yolunda sürət həddini aşdığı üçün nəticəsinə 5 saniyə əlavə edilib
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:49.354 (32-ci dövrə, 230.575 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Valtteri Bottas | Alfa Romeo | 2 | qəza |
Lyuis Həmilton | Mercedes | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 284 | |
2 | 11 | Serxio Peres | Red Bull Racing | 191 | |
3 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 186 | |
4 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 171 | |
5 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 170 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 146 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 76 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 64 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 51 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 46 | |
11 | 10 | Kevin Maqnussen | Haas F1 Team | 22 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 20 | |
13 | 3 | Daniel Rikkardo | McLaren Racing | 19 | |
14 | 20 | Pyer Qasli | Scuderia AlphaTauri | 18 | |
15 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 11 | |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 5 | |
18 | 23 | Aleksander Elbon | Williams Racing | 4 | |
19 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 4 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 475 |
2 | Scuderia Ferrari | Ferrari | 357 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 316 |
4 | Alpine F1 Team | Renault | 115 |
5 | McLaren F1 Team | Mercedes | 95 |
5 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 51 |
6 | Haas F1 Team | Ferrari | 34 |
8 | Scuderia AlphaTauri | Red Bull | 29 |
9 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 24 |
10 | Williams Racing | Mercedes | 4 |