F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdən trasa çıxıblar, yalnız Ferrari ilk 25 dəqiqəni qaçırıb. Asfalt örtüyünü rezin qatı tutduğundan, trasın vəziyyəti dünənlə müqayisədə xeyli yaxşı olub. Demək olar ki, hamı ardıcıl uzun dövrələrlə başlayıb.
Şumaxer cəmi 6 dövrə vurduqdan sonra sensordakı problemə görə boksa qayıdıb və məşqlər onun üçün başa çatıb. Lekler sona az qalmış 12-ci döngədə çınqıllığa düşüb və maneəyə toxunub, sonra maşını boksa sürüb. Bir neçə dəqiqəlik qırmızı bayraqlar dalğalanıb. Onun maşınına baxış keçirildikdən sonra trasa qayıdıb.
Bu dəfə hamıdan sürətli Serxio Peres olub – 1:45.047. Bizi maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 11 | Serxio Peres | Red Bull | 1:45.047 | – | 19 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1:45.184 | + 0:00.137 | 19 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:45.824 | + 0:00.777 | 13 |
4 | 4 | Lando Norris | McLaren | 1:45.965 | + 0:00.918 | 20 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:46.061 | + 0:01.014 | 16 |
6 | 63 | Corc Rassell | Mercedes | 1:46.071 | + 0:01.024 | 19 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:46.120 | + 0:01.073 | 12 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:46.166 | + 0:01.119 | 18 |
9 | 31 | Esteban Okon | Alpine | 1:46.601 | + 0:01.554 | 23 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:46.604 | + 0:01.557 | 19 |
11 | 3 | Daniel Rikkardo | McLaren | 1:46.646 | + 0:01.599 | 18 |
12 | 44 | Lyuis Həmilton | Mercedes | 1:46.769 | + 0:01.722 | 20 |
13 | 6 | Nikolas Latifi | Williams | 1:46.811 | + 0:01.764 | 20 |
14 | 23 | Aleksander Elbon | Williams | 1:46.836 | + 0:01.789 | 20 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:46.881 | + 0:01.834 | 20 |
16 | 18 | Ləns Stroll | Aston Martin | 1:46.975 | + 0:01.928 | 16 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:46.982 | + 0:01.935 | 13 |
18 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:47.035 | + 0:01.988 | 23 |
19 | 23 | Quanyu Çjou | Alfa Romeo | 1:47.089 | + 0:02.042 | 19 |
20 | 47 | Mik Şumaxer | Haas | 1:52.494 | + 0:07.447 | 6 |