F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə əvvəlcə Karlos Sayns, daha sonra isə Maks Ferstappen hamıdan sürətli olub. Bu gün isə Serxio Peres protokollara başçılıq edib.
Sessiyadan əvvəl baş tutan Porsche Supercup yarışında zədələnən bariyerin düzəldilməsi ilə əlaqədar sessiya 25 dəqiqə gec başlayıb.
İlk sessiyada sürücülərin əksəriyyəti bir təkərlə cəmi 1 sürətli dövrə vurublar. Təkərləri çətin qızdıran Mercedes sürücüləri isə ardıcıl dövrələr atıblar. Maks ilk cəhdində 1:44.581-lik dövrə vurub. Red Bull və Ferrari sürücüləri ikinci cəhdlərinə çıxmayıblar. Onun nəticəsi ən sürətli olaraq qalıb. Bottas, Tsunoda, Maqnussen, Latifi və Fettel mübarizəni erkən dayandırıb.
İkinci Sessiyada da Maksın ilk cəhdindəki nəticəsinə Peres istisna olmaqla, bütün pilotlar yarım saniyədən çox uduzublar. Red Bull sürücüləri ikinci cəhdlərindən imitna ediblər, Lekler isə Ferstappeni cüzi fərqlə üstələyib. İlk onluğa düşməyən sürücülər Şumaxer, Stroll, Çjou, Qasli və Rikkardo olublar.
Son sessiyada Lekler ilk cəhdinə yeni təkərlə çıxdığını düşünsə də, məlum olub ki, onun maşınına işlənmiş dəts taxılıb. Buna görə komanda Şarldan üzr istəyib. Ferstappen həftəsonunun ən yaxşı nəticəsinə imza atıb – 1:43.665. Sabah motor cəzasına görə mövqe itirəcəkləri üçün Ferstappen və Norris ikinci cəhdlərinə çıxmayıblar. Lekler komanda yoldaşına hava boşluğu yaratmaq üçün boksdan ayrılıb. Ferstappenin sürətli dövrəsi keçilməz olub. Peres və Sayns nəticələrini yaxşılaşdıra bilməyiblər, lakin ilk cəhddə ikinci olan Sayns sabah yarışa ən öndən başlamağa haqq qazanıb.
Sıralanma turunun qalibi Maks Ferstappen olub, lakin sabahkı yarışa pouldan Karlos Sayns başlayacaq. Onun yanından Serxio Peres start alacaq. İkinci cərgədə Fernando Alonso və Lyuis Həmilton, üçüncü cərgədə isə Corc Rassell və Aleksander Elbon qərarlaşıb.
Bizi sabah çox maraqlı Belçika Qran Prisi gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:44.581 | 3 | 2 | 1:44.723 | 3 | 1:43.665 | 3 |
2 | 55 | Karlos Sayns | Ferrari | 2 | 1:45.050 | 3 | 4 | 1:45.418 | 5 | 1:44.297 | 6 |
3 | 11 | Serxio Peres | Red Bull | 3 | 1:45.377 | 3 | 3 | 1:44.794 | 3 | 1:44.462 | 6 |
4 | 16 | Şarl Lekler | Ferrari | 4 | 1:45.572 | 4 | 1 | 1:44.551 | 6 | 1:44.553 | 4 |
5 | 31 | Esteban Okon | Alpine | 9 | 1:46.039 | 5 | 7 | 1:45.475 | 5 | 1:45.180 | 5 |
6 | 14 | Fernando Alonso | Alpine | 10 | 1:46.075 | 5 | 8 | 1:45.552 | 6 | 1:45.368 | 5 |
7 | 44 | Lyuis Həmilton | Mercedes | 7 | 1:45.736 | 8 | 5 | 1:45.420 | 6 | 1:45.503 | 6 |
8 | 63 | Corc Rassell | Mercedes | 5 | 1:45.650 | 8 | 6 | 1:45.461 | 6 | 1:45.776 | 6 |
9 | 23 | Aleksander Elbon | Williams | 6 | 1:45.672 | 6 | 10 | 1:45.675 | 6 | 1:45.837 | 6 |
10 | 4 | Lando Norris | McLaren | 8 | 1:45.745 | 6 | 9 | 1:45.603 | 5 | 1:46.178 | 3 |
11 | 3 | Daniel Rikkardo | McLaren | 13 | 1:46.212 | 6 | 11 | 1:45.767 | 3 | ||
12 | 10 | Pyer Qasli | AlphaTauri | 12 | 1:46.183 | 6 | 12 | 1:45.827 | 6 | ||
13 | 24 | Quanyu Çjou | Alfa Romeo | 11 | 1:46.178 | 6 | 13 | 1:46.085 | 6 | ||
14 | 18 | Ləns Stroll | Aston Martin | 14 | 1:46.256 | 6 | 14 | 1:46.611 | 6 | ||
15 | 47 | Mik Şumaxer | Haas | 15 | 1:46.342 | 8 | 15 | 1:47.718 | 5 | ||
16 | 5 | Sebastyan Fettel | Aston Martin | 16 | 1:46.344 | 6 | |||||
17 | 6 | Nikolas Latifi | Williams | 17 | 1:46.401 | 7 | |||||
18 | 20 | Kevin Maqnussen | Haas | 18 | 1:46.557 | 6 | |||||
19 | 22 | Yuki Tsunoda | AlphaTauri | 19 | 1:46.692 | 6 | |||||
20 | 77 | Valtteri Bottas | Alfa Romeo | 20 | 1:47.866 | 5 |