F-1.az bildirir ki, Bottas, Okon və Maqnussenin maşınlarında ilk sessiyada yaranan problemlər aradan qaldırılıb və onlar boksları ilk dəqiqələrdən tərk ediblər. Komandaların proqramlarının əsas hissəsi həm qısa, həm də ardıcıl dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamaq və düzgün sazlanmaları tapmaqdan ibarət olub. Hava sərin olduğu üçün heç də hamı təkərləri ideal dərəcədə isidə bilməyib.
Peresin maşınında DRS problemi yaranıb, Lekler, Həmilton, Rassell və Sayns trasdan çıxsalar da, yollarına davam ediblər. Qasli səkkizinci döngədə çınqıllığa düşdüyü üçün sarı bayraqlar dalğalanıb, lakin fransız sürücü vəziyyəti düzəldə bilib. Bu sessiyanın sonunda da yağış yağmağa başlayıb. Mik 7-ci döngədə maneədən yayınmaq üçün çınqıllığa çıxmalı olub, Elbon və Alonso isə döngələri kəsiblər. Hamı boksa qayıdıb, sonra isə start proseduruna hazırlaşmaq üçün sliklərlə trasa çıxıblar. Ferstappen bunu pit-leynin çıxışında edib və stüardların diqqətindən yayınmayıb.
Protokollara Maks Ferstappen başçılıq edib – 1:45.507. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:45.507 | – | 20 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:46.369 | + 0:00.862 | 21 |
3 | 4 | Lando Norris | McLaren | 1:46.589 | + 0:01.082 | 17 |
4 | 18 | Ləns Stroll | Aston Martin | 1:46.635 | + 0:01.128 | 16 |
5 | 55 | Karlos Sayns | Ferrari | 1:46.649 | + 0:01.142 | 20 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | 1:46.893 | + 0:01.386 | 18 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:46.975 | + 0:01.468 | 19 |
8 | 63 | Corc Rassell | Mercedes | 1:47.042 | + 0:01.535 | 22 |
9 | 3 | Daniel Rikkardo | McLaren | 1:47.255 | + 0:01.748 | 18 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:47.346 | + 0:01.839 | 15 |
11 | 23 | Aleksander Elbon | Williams | 1:47.520 | + 0:02.013 | 15 |
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:47.617 | + 0:02.110 | 21 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:47.658 | + 0:02.151 | 16 |
14 | 10 | Pyer Qasli | AlphaTauri | 1:47.782 | + 0:02.275 | 19 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:47.867 | + 0:02.360 | 19 |
16 | 31 | Esteban Okon | Alpine | 1:47.944 | + 0:02.437 | 21 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:48.208 | + 0:02.701 | 19 |
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:48.419 | + 0:02.912 | 21 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:48.612 | + 0:03.105 | 14 |
20 | 47 | Mik Şumaxer | Haas | 1:49.941 | + 0:04.434 | 23 |