F-1.az bildirir ki, tribunalar bugündən dolu olub – azarkeşlər keçənilki fiaskonun əvəzini çıxmaq istəyiblər. İlk dəqiqələrdə tras nəm olduğundan sürücülər keçid təkərlərlə trasa çıxıblar, lakin tezliklə onları sliklərə dəyişiblər. AlphaTauri-də Pyer Qaslinin maşını Red Bull gənclər proqramının üzvü Liam Lousona verilib.
Eyni anda 6 sürücünün – Ferstappen, Lekler, Norris, Okon, Bottas və Şumaxerin yeni motora keçidlə bağlı startda yer itirəcəkləri artıq cümə günündən məlum olub. Buna görə də adı çəkilən sürücülər daha çox yarış tempi üzərində çalışıblar.
Bottasın maşınının altlığı bir neçə dəfə asfalta dəydiyindən asılqanların parametrlərini dəyişmək üçün onu boksa çağırıblar. Finlandiyalı sürücü trasa qayıtmayıb. Okon da güc qurğusundakı problemə görə cəmi 5 dövrə vura bilib.
36-cı dəqiqədə qırmızı bayraqlar peyda olub – Maqnussen motor güc itirdiyi üçün birinci döngənin çıxışında dayanıb. Maşını dərhal təxliyə etmək mümkün olmayıb, çünki sürücünü elektrik vurması riski yaranıb. Buna görə də komanda mexanikləri bolidin yanına getməli olublar. Fasilə 15 dəqiqə davam edib.
Sonlara doğru yağış yağmağa başlayıb. Rikkardo, Norris və Alonso keçid təkərlərlə trasa qayıdıblar. Lekler səhvə yol versə də, ciddi insident olmayıb.
Protokollara komanda yoldaşını cüzi fərqlə üstələyən Karlos Sayns başçılıq edib – 1:46.538. Məşqlər bu gün davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 55 | Karlos Sayns | Ferrari | 1:46.538 | – | 16 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:46.607 | + 0:00.069 | 16 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:46.755 | + 0:00.217 | 10 |
4 | 63 | Corc Rassell | Mercedes | 1:47.396 | + 0:00.858 | 13 |
5 | 18 | Ləns Stroll | Aston Martin | 1:47.437 | + 0:00.899 | 13 |
6 | 23 | Aleksander Elbon | Williams | 1:47.835 | + 0:01.297 | 15 |
7 | 3 | Daniel Rikkardo | McLaren | 1:48.081 | + 0:01.543 | 14 |
8 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:48.310 | + 0:01.772 | 15 |
9 | 44 | Lyuis Həmilton | Mercedes | 1:48.420 | + 0:01.882 | 10 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:48.474 | + 0:01.936 | 13 |
11 | 6 | Nikolas Latifi | Williams | 1:48.485 | + 0:01.947 | 13 |
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:48.672 | + 0:02.134 | 14 |
13 | 4 | Lando Norris | McLaren | 1:49.470 | + 0:02.932 | 14 |
14 | 14 | Fernando Alonso | Alpine | 1:49.664 | + 0:03.126 | 16 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:49.813 | + 0:03.275 | 12 |
16 | 31 | Esteban Okon | Alpine | 1:50.315 | + 0:03.777 | 5 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:50.982 | + 0:04.444 | 9 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:51.259 | + 0:04.721 | 14 |
19 | 40 | Liam Louson | AlphaTauri | 1:52.065 | + 0:05.527 | 14 |
20 | 77 | Valtteri Bottas | Alfa Romeo | – | – | 2 |