F-1.az xatırladır ki, dünənki ilk məşqdə Valtteri Bottas protokollara başçılıq edib. İkinci və bu günə təsadüf edən son məşqlərdə isə Maks Ferstappen rəqiblərini üstələyib.
Əksər sürücülər buraya yeni güc qurğusu ilə gəliblər, lakin linitlər keçilmədiyi üçün heç kim cəzalandırılmayıb. Keçən yarışın startındakı insidentə görə isə Bottas və Stroll 5 yer itirməyə məcbur olub.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.
Güclü yağışa görə start bir qədər ləngiyib, sürücülər nəhayət, 12 dəqiqə gecikmə ilə pitleyndə düzülüblər.
İlk Sessiyada Williams sürücüləri keçid, qalan hamı yağış təkərləri ilə mübarizəyə başlayıb. Latifi trasdan çıxıb, Rassell buna görə yavaşlamalı olub. Lakin hər ikisi ən yaxşı göstəricilərə sahib olublar. Tras quruduqca digər sürücülər də yaşıl təkərlərə keçid edib. Norris 1:58.301-lik nəticə ilə hamıdan fərqlənib. Mazepin, Rəykkönen, Şumaxer, Tsunoda və Covinatsi üçün sıralanma turu başa çatıb.
İkinci Sessiyada hamı keçid təkərləri ilə boksları tərk edib. Mercedes sürücüləri işlənmiş şinlərlə çıxsalar da, onları dəyişmək üçün yenidən pit yoluna qayıdıblar. Buna görə çempion komandanın sürücüləri son şanslarına qədər ilk onluqdan kənarda qalıblar. Yalnız son dövrələrində vəziyyəti düzəldə biliblər. Norris bu dəfə də 1:56.025 ilə ən yaxşı olub. Stroll, Alonso, Sayns, Latifi və Lekler final sessiyasına keçə bilməyiblər.
Son sessiyada yağış daha da şiddətlənib. Göy təkərlərlə trasa çıxan Fettel fasilə verilməli olduğunu deyib. Rassell, Qasli və Peres isə yaşıl təkərləri seçiblər. Bir dəqiqə sonra qırmızı bayraqlar dalğalanıb. Norris Raidillon-da divarla toqquşub, maşın yerində bir neçə dəfə fırlandıqdan sonra yolun əks tərəfində dayanıb. Maşın təxliyə edilib və Lando müayinə üçün tibbi mərkəzə göndərilib. Fasilə 42 dəqiqə davam edib.
Sürücülər yaşıl təkərlərlə trasa çıxıblar. Okon və Rassell göy tərkibləri seçsələr də, sonra digərlərinə qoşulublar. Trasın vəziyyəti getdikcə yaxşılaşıb. Həmilton ilk cəhddə 2:01.552 ilə ən yaxşı nəticəni göstərib. Sürücülər boksa yollanmayıblar və ardıcıl dövrələr vurublar. Rassell gözlənilmədən 2:00.086-lıq nəticə göstərərək ilk sıraya yüksəlib. Lakin onun sensasiya etməsinə Maks mane olub – 1:59.765.
Maks Ferstappen mövsümdə 6-cı, karyerasında isə 8-ci poulunu qazanıb. Onun yanından sabah Corc Rassell start alacaq. İkinci cərgədən Lyuis Həmilton və Daniel Rikkardo, üçüncü cərgədən isə Sebastyan Fettellə Pyer Qasli yarışa başlayacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:58.717 | 8 | 5 | 1:56.559 | 6 | 1:59.765 | 6 |
2 | 63 | Corc Rassell | Williams | 5 | 1:59.864 | 9 | 8 | 1:56.950 | 8 | 2:00.086 | 7 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3 | 1:59.218 | 8 | 2 | 1:56.229 | 8 | 2:00.099 | 6 |
4 | 3 | Daniel Rikkardo | McLaren | 12 | 2:01.583 | 8 | 9 | 1:57.127 | 8 | 2:00.864 | 6 |
5 | 5 | Sebastyan Fettel | Aston Martin | 7 | 2:00.175 | 9 | 6 | 1:56.814 | 7 | 2:00.935 | 7 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 8 | 2:00.387 | 9 | 4 | 1:56.440 | 8 | 2:01.164 | 6 |
7 | 11 | Serxio Peres | Red Bull | 4 | 1:59.334 | 9 | 7 | 1:56.886 | 7 | 2:02.112 | 6 |
8 | 77 | Valtteri Bottas | Mercedes AMG | 6 | 1:59.870 | 8 | 3 | 1:56.295 | 8 | 2:02.502 | 6 |
9 | 31 | Esteban Okon | Alpine | 15 | 2:01.824 | 8 | 10 | 1:57.354 | 8 | 2:03.513 | 7 |
10 | 4 | Lando Norris | McLaren | 1 | 1:58.301 | 9 | 1 | 1:56.025 | 8 | – | 2 |
11 | 16 | Şarl Lekler | Ferrari | 9 | 2:00.728 | 8 | 11 | 1:57.721 | 8 | ||
12 | 6 | Nikolas Latifi | Williams | 10 | 2:00.966 | 9 | 12 | 1:58.056 | 8 | ||
13 | 55 | Karlos Sayns | Ferrari | 11 | 2:01.184 | 8 | 13 | 1:58.137 | 7 | ||
14 | 14 | Fernando Alonso | Alpine | 14 | 2:01.653 | 8 | 14 | 1:58.205 | 8 | ||
15 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 2:01.597 | 9 | 15 | 1:58.231 | 7 | ||
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 16 | 2:02.306 | 9 | |||||
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 17 | 2:02.413 | 9 | |||||
18 | 47 | Mik Şumaxer | Haas | 18 | 2:03.973 | 9 | |||||
19 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 19 | 2:04.452 | 9 | |||||
20 | 9 | Nikita Mazepin | Haas | 20 | 2:04.939 | 8 |