Belçika-2021: Birinci sərbəst yürüşlər

İştirakçılar 1 aylıq yay fasiləsini başa vuraraq Spaya gəliblər. Burada artıq ilk gündən payız gəlməkdə olduğunu hiss etdirib - temperatur +12 dərəcəyə qədər yüksəlib və hava yağışlı olub. Belə hava şəraitinin həftəsonu boyunca davam etməsi gözlənilir.

F-1.az bildirir ki, sürücülər ilk dəqiqələrdə keçid təkərləri ilə trasa çıxıblar, lakin trasın çox yeri quru olduğundan, Hard və Medium təkərlər keçid təkərlərini əvəz edib.

Sessiya ərzində bir neçə dəfə sarı bayraqlar dalğalandırılıb. Rəykkönen və Tsunoda ilk döngədə yoldan çıxıblar. Kimi daha sonra pit yolunun girişində maşını divara vurub və onun ön qanadı dəyişdirilib.

Sakit keçən sessiyaya Valtteri Bottas yumşaq təkərlərlə vurduğu 1:45.199-luq nəticə ilə rəhbərlik edib. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:45.199 18
2 33 Maks Ferstappen Red Bull 1:45.363 + 0:00.164 14
3 10 Pyer Qasli AlphaTauri 1:45.699 + 0:00.500 20
4 16 Şarl Lekler Ferrari 1:45.818 + 0:00.619 19
5 55 Karlos Sayns Ferrari 1:45.935 + 0:00.736 20
6 11 Serxio Peres Red Bull 1:46.127 + 0:00.928 17
7 5 Sebastyan Fettel Aston Martin 1:46.177 + 0:00.978 19
8 4 Lando Norris McLaren 1:46.336 + 0:01.137 17
9 31 Esteban Okon Alpine 1:46.497 + 0:01.298 16
10 14 Fernando Alonso Alpine 1:46.612 + 0:01.413 16
11 18 Ləns Stroll Aston Martin 1:46.649 + 0:01.450 19
12 3 Daniel Rikkardo McLaren 1:46.683 + 0:01.484 20
13 99 Antonio Covinatsi Alfa Romeo 1:46.755 + 0:01.556 17
14 63 Corc Rassell Williams 1:46.772 + 0:01.573 19
15 22 Yuki Tsunoda AlphaTauri 1:46.928 + 0:01.729 19
16 6 Nikolas Latifi Williams 1:47.101 + 0:01.902 20
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:48.125 + 0:02.926 15
18 44 Lyuis Həmilton Mercedes AMG 1:48.224 + 0:03.025 17
19 9 Nikita Mazepin Haas 1:48.705 + 0:03.506 16
20 47 Mik Şumaxer Haas 1:49.059 + 0:03.860 15
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*