Belçika-2020: Sıralanma turu

Soyuq hava və az asfaltayatma qüvvəsi ilə bir çoxları təkərlərdən səmərəli istifadə edə bilməyib. Bundan ən çox əziyyət çəkən Ferrari olub - italyanlar hətta motor verdikləri müştəri komandalardan da pis təsir bağışlayıblar.

F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Ferstappen hamıdan sürətli olublar. Bugünkü son məşqlərdə Həmilton protokollara başçılıq edib.

Pirelli Spaya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Bu uzun trasda Medium təkərlərlə Soft təkərlər arasında 1 saniyə var.

İlk Sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Lakin bu tərkib yalnız bir sürətli dövrə vurmağa imkan verib. Maqnussen çınqıllığa çıxsa da qayıda bilib. Həmilton hamıdan sürətli olub – 1:42.323. Maqnussen, Latifi, Covinatsi, Qrojan və Rəykkönen mübarizəni dayandırıblar.

İkinci sessiyada Mercedes və Racing Point sürücüləri ilə yanaşı Ferstappen yarışda fərqli strategiyadan istifadə etmək üçün Medium təkərlərlə mübarizəyə qoşulublar. Mercedes sürücüləri və Maks yaxşı nəticə qazanaraq son sessiyaya keçidi təmin ediblər. Pereslə Stroll isə ilk onluğa düşə bilmədiklərindən, Soft təkərlərə keçməyə məcbur olublar.

Rikkardo əyləclərdən şikayət edərək boksa qayıdıb və ikinci cəhdinə çıxmayıb. Həmilton bu dəfə də 1:42.014-lük nəticə ilə üstün olub. Rassell, Fettel, Lekler, Qasli və Kvyat üçün mübarizə başa çatıb.

Son sessiyada hamı təbii olaraq, Soft təkərlərlə boksları tərk edib. Həmilton elə ilk cəhddəcə sıralanma turundakı ən böyük rəqibi olan komanda yoldaşını böyük fərqlə üstələyib – 1:41.451. Bottas səhvə yol verib. Racing Point sürücüləri təzə Soft dəsti qalmadığından, ikinci cəhddən imtina ediblər. Həmilton ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb – 1:41.252.

Beləliklə, Lyuis Həmilton bu il beşinci, karyerasında isə 93-cü poulunu əldə edib. Valtteri Bottas ikinci olaraq komandasının mövsümdə beşinci dəfə ilk cərgəni tutmasına kömək edib. İkinci cərgə isə köhnə komanda yoldaşları Maks Ferstappen və Daniel Rikkardoya qismət olub. Aleksander Elbon və Esteban Okon isə yarışa üçüncü cərgədən başlayacaqlar.

Belçika Qran Prisi sabah Bakı vaxtı ilə 17:10-da start götürəcək.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:42.323 3 1 1:42.014 6 1:41.252 6
2 77 Valtteri Bottas Mercedes AMG 2 1:42.534 5 2 1:42.126 6 1:41.763 6
3 33 Maks Ferstappen Red Bull 3 1:43.197 5 4 1:42.473 6 1:41.778 6
4 3 Daniel Rikkardo Renault 7 1:43.309 3 6 1:42.487 3 1:42.061 5
5 23 Aleksander Elbon Red Bull 10 1:43.418 3 3 1:42.193 6 1:42.264 6
6 31 Esteban Okon Renault 11 1:43.505 3 8 1:42.534 6 1:42.396 6
7 55 Karlos Sayns McLaren 8 1:43.322 3 5 1:42.478 6 1:42.438 6
8 11 Serxio Peres Racing Point 9 1:43.349 6 9 1:42.670 6 1:42.532 3
9 18 Ləns Stroll Racing Point 5 1:43.265 6 7 1:42.491 6 1:42.603 3
10 4 Lando Norris McLaren 12 1:43.514 5 10 1:42.722 6 1:42.567 6
11 26 Daniil Kvyat AlphaTauri 6 1:43.267 6 11 1:42.730 6
12 10 Pyer Qasli AlphaTauri 4 1:43.262 6 12 1:42.745 6
13 16 Şarl Lekler Ferrari 15 1:43.656 6 13 1:42.996 6
14 5 Sebastyan Fettel Ferrari 13 1:43.567 6 14 1:43.261 6
15 63 Corc Rassell Williams 14 1:43.630 6 15 1:43.468 5
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:43.743 6
17 8 Roman Qrojan Haas 17 1:43.838 6
18 99 Antonio Covinatsi Alfa Romeo 18 1:43.950 6
19 6 Nikolas Latifi Williams 19 1:44.138 6
20 20 Kevin Maqnussen Haas 20 1:44.314 8
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*