F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq, lakin yağıntı gözlənilmir. Temperatur +19 dərəcəni keçməyəcək. Şənbə və bazar günləri şiddətli yağış yağmalıdır, hava isə +21 dərəcəyə qədər qızacaq.
Xatırladaq ki, burada keçən il bütün sessiyalar quru havada baş tutmuşdu.