Belçika-2019: Üçüncü sərbəst yürüşlər

Dünən əksər komandalar sazlanmalardan razı qalmamışdılar, ona görə də, bu gün yenə bu sahədə işlərini davam etdiriblər. Lakin havanın temperaturu yarış üçün gözləniləndən yuxarı olub.

F-1.az bildirir ki, sessiyanın 30-cü dəqiqəsində Həmilton 12-ci döngənin çıxışında idarəetməni itirərək maşını təkər baryerlərə vurub. Dərhal qırmızı bayraqlar dalğalanıb. Lyuis maşını özü tərk edib və hər ehtimala qarşı tibbi mərkəzə göndərilib.

Maşının təxliyəsi 17 dəqiqə davam edib. Ciddi zədə alan maşını sıralanma turuna çatdırmaq Mercedes mexanikləri üçün heç də asan olmayacaq. Bu dəfə də ən sürətli dövrə Ferrari sürücülərindən gəlib – 1:44.206-lıq nəticə ilə birinci olub.

Sıralanma turu Bakı vaxtı ilə 17:00-da başlayacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:44.206 9
2 5 Sebastyan Fettel Ferrari 1:44.657 + 0:00.451 12
3 77 Valtteri Bottas Mercedes AMG 1:44.703 + 0:00.497 11
4 3 Daniel Rikkardo Renault 1:44.974 + 0:00.768 10
5 33 Maks Ferstappen Red Bull 1:45.312 + 0:01.106 11
6 11 Serxio Peres Racing Point 1:45.521 + 0:01.315 12
7 44 Lyuis Həmilton Mercedes AMG 1:45.566 + 0:01.360 4
8 7 Kimi Rəykkönen Alfa Romeo 1:45.659 + 0:01.453 13
9 99 Antonio Covinatsi Alfa Romeo 1:45.688 + 0:01.482 13
10 10 Pyer Qasli Toro Rosso 1:45.752 + 0:01.546 15
11 8 Roman Qrojan Haas 1:45.806 + 0:01.600 15
12 27 Niko Hülkenberq Renault 1:45.855 + 0:01.649 11
13 20 Kevin Maqnussen Haas 1:46.004 + 0:01.798 15
14 55 Karlos Sayns McLaren 1:46.017 + 0:01.811 14
15 4 Lando Norris McLaren 1:46.270 + 0:02.064 13
16 18 Ləns Stroll Racing Point 1:46.379 + 0:02.173 11
17 26 Daniil Kvyat Toro Rosso 1:46.642 + 0:02.436 13
18 63 Corc Rasselll Williams 1:47.858 + 0:03.652 14
19 88 Robert Kubitsa Williams 1:48.350 + 0:04.144 14
20 23 Aleksander Elbon Red Bull 1:50.681 + 0:06.475 14
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*