Belçika-2019: Birinci sərbəst yürüşlər

Spadakı ilk məşqlərlə birlikdə komandalar yay fasiləsindən qayıdıblar və işlərini davam etdiriblər. Güc qurğularında bir çox yeniliklər edilib və ilk sessiya bu yenilikləri yoxlamağa imkan verib.

F-1.az bildirir ki, Nikolas Latifi Corc Rasselin yerinə sükan arxasına keçib, digər komandalar isə əsas sürücüləri ilə proqramlarını yerinə yetiriblər. Aleksander Elbon və Pyer Qasli də öz yeni komandalarında işləyiblər. Tətildə ayağı zədələnən Rəykkönenin əvəzlənmə ehtimalı olduğu üçün komanda ehtiyat sürücü Markus Erikssonu çağırsa da, ilk sessiyada buna ehtiyac olmayıb.

Həmiltonun maşını sürətini itirib və ondan boksa qayıtmasını istəyiblər. Qaz pedalında yaranan problem aradan qaldırılıb və britaniyalı sürücü bir qədər sonra trasa qayıdıb. Son döngədə Kubitsa və Kvyat yerlərində fırlansalar da, maşınlar zədələnməyib.

Strollun maşınının motor qapağının bir hissəsi 5-ci döngədən əvvəlki düzlükdə düşüb, buna görə də, VTM rejimi bir neçə dəqiqə aktiv olub.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1:44.574. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:44.574 20
2 16 Şarl Lekler Ferrari 1:44.788 + 0:00.214 20
3 33 Maks Ferstappen Red Bull 1:45.507 + 0:00.933 18
4 23 Aleksander Elbon Red Bull 1:45.584 + 0:01.010 19
5 77 Valtteri Bottas Mercedes AMG 1:45.882 + 0:01.308 25
6 44 Lyuis Həmilton Mercedes AMG 1:45.973 + 0:01.399 16
7 18 Ləns Stroll Racing Point 1:46.198 + 0:01.624 16
8 3 Daniel Rikkardo Renault 1:46.426 + 0:01.852 23
9 11 Serxio Peres Racing Point 1:46.433 + 0:01.859 22
10 55 Karlos Sayns McLaren 1:46.557 + 0:01.983 20
11 27 Niko Hülkenberq Renault 1:46.669 + 0:02.095 23
12 4 Lando Norris McLaren 1:46.670 + 0:02.096 19
13 7 Kimi Rəykkönen Alfa Romeo 1:47.024 + 0:02.450 20
14 8 Roman Qrojan Haas 1:47.176 + 0:02.602 18
15 99 Antonio Covinatsi Alfa Romeo 1:47.333 + 0:02.759 22
16 20 Kevin Maqnussen Haas 1:47.488 + 0:02.914 21
17 26 Daniil Kvyat Toro Rosso 1:47.636 + 0:03.062 20
18 10 Pyer Qasli Toro Rosso 1:47.968 + 0:03.394 26
19 40 Nikolas Latifi Williams 1:48.784 + 0:04.210 24
20 88 Robert Kubitsa Williams 1:48.9566 + 0:04.392 24
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*