F-1.az xatırladır ki, cümə günü baş tutan ilk məşqlərdə Fettel, ikinci məşqlərdə isə Rəykkönen hamıdan sürətli olub. Bu gün səhər baş tutan üçüncü məşq sessiyasında da protokollara Fettel başçılıq edib. Son sessiyasında yağışın yağdığı sıralanma turunda Həmilton poulun sahibi olub. Fettel ikinci yeri tutub, Force İndia sürücüləri isə start düzümündə ikinci cərgəni zəbt ediblər. Üçüncü cərgədə Qrojan və Rəykkönen özlərinə yer tapıblar, dördüncü cərgə isə Red Bull sürücülərinin olub.
Pirelli buraya Medium, Soft və SuperSoft təkərlərini gətirib.
Güc qurğusunu dəyişən Bottas, Hülkenberq, Sayns və Vandorn yarışa son iki cərgədən başlayıblar. Yarışa Sayns Medium, ilk onluqdan başlayan sürüclər SuperSoft, digərləri isə Soft təkərlərlə başlayıblar.
Fettel startda Həmiltonu keçməyə nail olmasa da, Kemmel düzlüyündə bunu bacarıb. Peres isə Okonu ötüb. Təkərlərini bloklayan Hülkenberq Alonso ilə toqquşub, ispan sürücü isə Leklerə çırpılıb və nəticədə hər üç sürücü mübarizəni dayandırıb. Bottas arxadan Sirotkinə çırpılıb. Rəykkönen Rikkardo ilə təmasda arxa sağ təkəri deşildiyi üçün pit-stop etməli olub. Arxa qanadı zədələnən Rikkardo da boksa çağrılıb. Lakin komanda maşını düzəldə bilib və avstraliyalı sürücü 2 dövrə geri düşsə də, trasa qayıdıb. 2-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Peres – Okon – Ferstappen – Qrojan – Maqnussen – Qasli – Eriksson – Sirotkin.
Vandorn və Bottas təkərlərini dəyişiblər. Dördüncü dövrədə restart elan edilib və Fettel liderliyini qoruyub. Sirotkin Erikssonu qabaqlasa da, isveçli sürücü yerini qaytara bilib. Sayns Hartlini ötüb.
Liderlər yarışı yüksək templə davam etdiriblər, lakin Fettel artıq 6-cı dövrədə fərqi 2.5 saniyəyə yüksəldib. Ferstappen 7-ci dövrədə Okonu keçib. Rəykkönen sükanın idarəedilməsindəki problemə görə yenidən pit-stop etməli olub. Bir dövrə sonra isə DRS sistemi bağlanmadığı üçün yarışı yarımçıq dayandırmalı olub. 10-cu dövrədə Ferstappen Peresi də qabaqlayaraq üçüncülüyə yüksəlib. 10-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Ferstappen – Peres – Okon – Qrojan – Maqnussen – Qasli – Eriksson – Sirotkin.
Bottas ardıcıl ötmələrlə 18-ci yerdən 8-ci yerə qədər yüksəlib. Həmilton 22-ci dövrədə təkərlərini dəyişib, Ferrari isə bu həmləyə dərhal cavab verib. Bir dövrənin hesabına Həmilton aradakı fərqi xeyli azaltsa da, Ferrari-nin yüksək tempi ötməyə imkan verməyib. Həmilton hələ pit-stopa getməmiş Ferstappeni üstələyib.
23-cü dövrədə Sayns, 24-cü dövrədə Qrojan və Stroll, 25-ci dövrədə Okon və Sirotkin pit-stop ediblər. Onları növbəti dövrələrdə Peres, Qasli, Ferstappen, Maqnussen, Eriksson, Vandorn və Bottas izləyiblər. Eriksson 10-cu yer uğrunda mübarizədə Hartlini üstələyib. 30-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Ferstappen – Peres – Okon – Bottas – Qrojan – Maqnussen – Qasli – Eriksson.
Rikkardo mühəndisin göstərişi ilə 31-ci dövrədə boksa qayıdıb və mübarizədən çəkilib. Bottas Okonu da keçərək beşinci olub. 41-ci dövrədə isə Peresi də üstələyib və 18-ci yerdən başladığı yarışda dördüncülüyə yüksəlib.
Sebastyan Fettel mövsümdə 5-ci, karyerasında isə 52-ci qələbəsini qazanıb və ümumi qələbə sayında Alen Prostu geridə qoyaraq üçüncülüyə yüksəlib. Lyuis Həmilton finiş xəttini ikinci keçib, Maks Ferstappen isə podiumun son pilləsinin sahibi olub.
İtaliyadakı yarış cəmi bir həftə sonradır və bizi sürətli Montsada maraqlı hadisələr gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:23:34.476 | 1 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:11.061 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:31.372 | 1 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 1:08.605 | 2 |
5 | 11 | Serxio Peres | Force İndia | + 1:11.023 | 1 |
6 | 31 | Esteban Okon | Force İndia | + 1:19.520 | 1 |
7 | 8 | Roman Qrojan | Haas | + 1:25.953 | 1 |
8 | 20 | Kevin Maqnussen | Haas | + 1:27.639 | 1 |
9 | 10 | Pyer Qasli | Toro Rosso | + 1:45.892 | 1 |
10 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 1 |
11 | 55 | Karlos Sayns | Renault | + 1 dövrə | 1 |
12 | 35 | Sergey Sirotkin | Williams | + 1 dövrə | 1 |
13 | 18 | Ləns Stroll | Williams | + 1 dövrə | 1 |
14 | 28 | Brendon Hartli | Toro Rosso | + 1 dövrə | 1 |
15 | 2 | Stoffel Vandorn | McLaren | + 1 dövrə | 2 |
Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:46.286 (32-ci dövrə, 237.231 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Niko Hülkenberq | Renault | 1 | qəza |
Fernando Alonso | McLaren | 1 | qəza |
Şarl Lekler | Sauber | 1 | qəza |
Kimi Rəykkönen | Ferrari | 9 | sükan idarəetməsi |
Daniel Rikkardo | Red Bull | 31 | mexaniki problemlər |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 231 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 214 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 146 | |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 144 | |
5 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 120 | |
6 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 118 | |
7 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 52 | |
8 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 49 | |
9 | 14 | Fernando Alonso | McLaren F1 Team | 44 | |
10 | 11 | Serxio Peres | Racing Point Force India | 40 | |
11 | 31 | Esteban Okon | Racing Point Force India | 37 | |
12 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 30 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 28 | |
14 | 8 | Roman Qrojan | Haas F1 Team | 27 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 13 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 6 | |
18 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 375 |
2 | Scuderia Ferrari | Ferrari | 360 |
3 | Aston Martin Red Bull Racing | Renault | 238 |
4 | Renault Sport Formula 1 Team | Renault | 82 |
5 | Haas F1 Team | Ferrari | 76 |
6 | McLaren F1 Team | Renault | 52 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 30 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 19 |
10 | Racing Point Force India | Mercedes | 18 |
10 | Williams Martini Racing | Mercedes | 4 |