F-1.az bildirir ki, sürücülər Medium və Soft təkərlərlə başlasalar da, sonra SuperSoft-lara keçiblər. Tərkiblər arasında fərq Pirelli-nin proqnozlaşdırdığından çox olub.
Sessiyanın sonuna 10 dəqiqə qalmış Vandorn və Bottasın qəzasına görə qırmızı bayraqlar peyda olub. Maşını zədələnən Vandorn xəsarət almayıb. Təxliyə 8 dəqiqə davam edib. Son dəqiqələrdə Qasli pit yolunun çıxışnda yerində fırlansa da, hərəkətini davam etdirə bilib.
Protokollara Sebastyan Fettel başçılıq edib – 1:42.661. Sıralanma turu Bakı vaxtı ilə 17:00-da baş tutacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:42.661 | – | 13 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:42.724 | + 0:00.063 | 15 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:42.798 | + 0:00.137 | 10 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:43.464 | + 0:00.803 | 13 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:44.048 | + 0:01.387 | 10 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.479 | + 0:01.818 | 13 |
7 | 16 | Şarl Lekler | Sauber | 1:44.963 | + 0:02.302 | 12 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:45.341 | + 0:02.680 | 10 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:45.464 | + 0:02.803 | 17 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:45.485 | + 0:02.824 | 13 |
11 | 9 | Markus Eriksson | Sauber | 1:45.536 | + 0:02.875 | 11 |
12 | 8 | Roman Qrojan | Haas | 1:45.814 | + 0:03.153 | 12 |
13 | 55 | Karlos Sayns | Renault | 1:45.925 | + 0:03.264 | 13 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:46.087 | + 0:03.426 | 12 |
15 | 10 | Pyer Qasli | Toro Rosso | 1:46.182 | + 0:03.521 | 16 |
16 | 28 | Brendon Hartli | Toro Rosso | 1:46.259 | + 0:03.598 | 17 |
17 | 18 | Ləns Stroll | Williams | 1:46.502 | + 0:03.841 | 10 |
18 | 35 | Sergey Sirotkin | Williams | 1:46.630 | + 0:03.969 | 11 |
19 | 14 | Fernando Alonso | McLaren | 1:46.942 | + 0:04.281 | 16 |
20 | 2 | Stoffel Vandorn | McLaren | 1:47.061 | + 0:04.400 | 14 |