Belçika-2018: Sıralanma turu

Spa ötmələrə imkan verən trasdır. Lakin Mercedes və Ferrari arasındakı sürət fərqi 7 kilometrlik trasda o qədər az olub ki, sıralanma turu xeyli böyük əhəmiyyət daşıyıb. Həm də onu da qeyd etməliyik ki, burada baş tutan son üç yarışda pouldan başlayan sürücü yekunda qalib gəlib.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk məşqlərdə Fettel, ikinci məşqlərdə isə Rəykkönen hamıdan sürətli olub. Bu gün səhər baş tutan üçüncü məşq sessiyasında da protokollara Fettel başçılıq edib.

Pirelli bura Medium, Soft və SuoerSoft təkərləri gətirib. Sürücülər bütün tərkiblərlə fəal işləyiblər, lakin hava çox soyuq olduğundan, təkərlərin tam potensialını görmək mümkün olmayıb.

İlk sessiyada Həmilton, Fettel və Rəykkönen Soft, digərləri isə SuperSoft təkərlərlə trasa çıxıblar. Rəykkönen 1:42.585-lik nəticə göstərib və bu, sessiyanın ən sürətli dövrəsi olub. Mübarizəni McLaren və Williams-ın sürücüləri ilə yanaşı, Karlos Saynsın dayandırması bir qədər gözlənilməz olub.

İkinci sessiyada Bottas Soft, digər bütün sürücülər SuperSoft təkərlərlə boksları tərk ediblər. Rəykkönen, Həmilton və Fettelin dövrələri trasın rekordunu üstələyib. Fettel daha sürətli olub – 1:41.501. Bu dəfə isə mübarizəni dayandıranlar Toro Rosso, Sauber komandalarının sürücüləri və Niko Hülkenberq olublar. Beş komanda üçüncü sessiyaya tam heyətlə yüksəlib.

Son sessiyanın başlamasına dəqiqələr qalmış tarsın bəzi yerlərində yağış başlayıb. Sürücülər trasa çıxmağa tələsiblər. İlk dövrəni sliklərlə vursalar da, yağış gücləndiyindən, dərhal bokslara qayıdaraq keçid təkərlərini taxıblar. Keçid təkərlərlə ilk nəticəni Fettel göstərib – 2:02.446.

Bir qədər sonra yağış dayanıb, sürücülə hər an vəziyyəti yaxşılaşan trasda ardıcıl dövrələr vurublar. Red Bull sürücülərinin və Rəykkönenin maşınında yanacaq az olduğundan, daha da sürətli dövrə vura biləcəkləri bir vaxtda boksa qayıtmağa məcbur olublar. Həmiltonun dövrəsi ən yaxşı olub – 1:58.179.

Lyuis Həmilton mövsümdə 6-cı, karyerasında isə 78-ci poulunu qazanıb. Çempionatdakı əsas rəqibi Sebastyan Fettel ikinci olub. Esteban Okon və Serxio Peres yarışa ikinci cərgədən start verməyə haqq qazanıblar. Üçüncü cərgədən Qrojan və Rəykkönen başlayacaqlar, dördüncü cərgə isə Red Bull sürücülərinindir.

Sabah Bakı vaxtı ilə 17:10-dan etibarən bizi maraqlı və gərgin yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 3 1:42.977 6 3 1:41.553 6 1:58.179 7
2 5 Sebastyan Fettel Ferrari 4 1:43.035 5 1 1:41.501 6 1:58.905 7
3 31 Esteban Okon Force İndia 11 1:44.003 3 9 1:43.302 6 2:01.851 7
4 11 Serxio Peres Force İndia 12 1:44.004 3 6 1:43.014 6 2:01.894 5
5 8 Roman Qrojan Haas 6 1:43.597 8 7 1:43.042 6 2:02.122 6
6 7 Kimi Rəykkönen Ferrari 1 1:42.585 3 2 1:41.533 6 2:02.671 4
7 33 Maks Ferstappen Red Bull 5 1:43.199 3 5 1:42.554 3 2:02.769 5
8 3 Daniel Rikkiardo Red Bull 7 1:43.604 8 8 1:43.126 3 2:02.939 5
9 20 Kevin Maqnussen Haas 9 1:43.834 8 10 1:43.320 6 2:04.933 5
10 77 Valtteri Bottas Mercedes AMG 2 1:42.805 3 4 1:42.191 3 1
11 10 Pyer Qasli Toro Rosso 15 1:44.221 8 11 1:43.844 6
12 28 Brendon Hartli Toro Rosso 14 1:44.153 8 12 1:43.865 5
13 16 Şarl Lekler Sauber 8 1:43.654 8 13 1:44.062 6
14 9 Markus Eriksson Sauber 10 1:43.846 8 14 1:44.301 3
15 27 Niko Hülkenberq Renault 13 1:44.145 3 15 0
16 55 Karlos Sayns Renault 16 1:44.489 6
17 14 Fernando Alonso McLaren 17 1:44.917 6
18 35 Sergey Sirotkin Williams 18 1:44.998 6
19 18 Ləns Stroll Williams 19 1:45.134 6
20 2 Stoffel Vandorn McLaren 20 1:45.307 8

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*