F-1.az bildirir ki, komandalar ilk sessiyanı yeniliklərin sınaqdan keçirilməsinə həsr etsələr də, ikinci sessiyada uzun məafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamaqla məşğul olublar.
Çoxdandır sərin havada sessiya baş tutmayıb və təkərləri qızdırmaq heç də asan olmayıb. Komandalar həftəsonunun ən sərt tərkibi olan Medium-larla olduqca aktiv işləyiblər. Sessiyanın sonunda isə SuperSoft təkərlərə keçərək yaxçı nəticə göstərməyə kökləniblər.
Vandorn maşının altlığı dəyişildiyi üçün yarım saat vaxt itirib. Belçikalı sürücü maşının idarəedilməsindən şikayət edib və komanda onun konfiqurasiyasını dəyişmək qərarına gəlib.
Sürücülər bir neçə dəfə trasdan çıxsalar da, ciddi insidetn olmayıb. Protokollara bu dəfə Kimi Rəykkönen başçılıq edib – 1.43.355.
Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:43.355 | – | 29 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:43.523 | + 0:00.168 | 28 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:43.803 | + 0:00.448 | 29 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:44.046 | + 0:00.691 | 25 |
5 | 7 | Sebastyan Fettel | Ferrari | 1:44.129 | + 0:00.774 | 31 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:44.250 | + 0:00.895 | 31 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:44.662 | + 0:01.307 | 27 |
8 | 55 | Karslos Sayns | Renault | 1:45.481 | + 0:02.126 | 29 |
9 | 9 | Markus Eriksson | Sauber | 1:45.537 | + 0:02.182 | 24 |
10 | 16 | Şarl Lekler | Sauber | 1:45.622 | + 0:02.267 | 25 |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:45.753 | + 0:02.398 | 28 |
12 | 8 | Roman Qrojan | Haas | 1:45.817 | + 0:02.462 | 29 |
13 | 31 | Esteban Okon | Force İndia | 1:45.935 | + 0:02.580 | 24 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:46.078 | + 0:02.723 | 29 |
15 | 10 | Pyer Qasli | Toro Rosso | 1:46.080 | + 0:02.725 | 33 |
16 | 14 | Fernando Alonso | McLaren | 1:46.153 | + 0:02.798 | 28 |
17 | 28 | Brendon Hartli | Toro Rosso | 1:46.337 | + 0:02.982 | 35 |
18 | 35 | Sergey Sirotkin | Williams | 1:46.451 | + 0:03.096 | 35 |
19 | 18 | Ləns Stroll | Williams | 1:46.470 | + 0:03.115 | 34 |
20 | 2 | Stoffel Vandorn | McLaren | 1:46.496 | + 0:03.141 | 25 |