Belçika-2018: Həftəsonuna ilkin hava proqnozu

İlkin proqnozlar Belçikada həftəsonuna isti, eyni zamanda yağışlı hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü güclü yağış gözlənilir. Temperatur +22 dərəcəyə qədər yüksələcək. Şənbə günü yağıntının kəsəciləcəyi bildirilir, lakin hava dəyişkən buludlu olacaq. Gözlənilən maksimal temperatur +22 dərəcədir. Yarışın baş tutacağı bazar günü də yağıntı gözlənilmir – ehtimal cəmi 10%dir. Termometrlər maksiumum +21 dərəcəni göstərəcəklər.

Qeyd edək ki, keçən il burada ikinci və üçüncü məşqlər yağışlı, qalan sessiyalar isə quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*