Belçika-2018: Həftəsonuna hava proqnozu

Spada hava dəyişkən olur və adətən həftəsonu ərzində qüvvələr nisbətinə təsir göstərə bilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, hazırda hava quru və günəşli olsa da, yaxın günlərdə temperaturun enməsi və yağıntı gözlənilir.

Cümə günü səhər saatlarından etibarən yağış gözlənilir, hava +18 dərəcəyə qədər isinəcək. Şənbə gününə olan proqnozlar günboyu yağıntı vəd edir və maksimal temperaturun +16 dərəcə olacağı bildirilir. Bazar gününə yağış gözlənilmir, lakin Ardenn dağlarında hər şey mümkündür…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*