Belçika-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Belçikadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, son iki yarışın qalibi Həmilton Belçikada da əsas favorit hesab edilir. Lakin idarənin işçiləri aradakı bir aylıq fasiləni nəzərə alaraq çox da risk etməyiblər və Fettelin şanslarını da ona yaxın qiymətləndiriblər.

Macarıstan Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.25
Sebastyan Fettel 2.40
Valtteri Bottas, Kimi Rəykkönen 9.00
Maks Ferstappen 15.00
Daniel Rikkardo 17.00

 

Həmilton sürücülər çempionatına 24 xallıq fərqlə liderlik edir və onun titula əsas namizəd göstərilməsi təəccüblü deyil. Fettelin şansları ondan iki dəfə az qiymətləndirilir…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.40
Sebastyan Fettel 2.75
Valtteri Bottas 201.00
Kimi Rəykkönen, Daniel Rikkardo, Maks Ferstappen 251.00

 

Bukmeykerlərin Mühəndislər Kubokuna proqnozu sabit qalır…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.40
Ferrari 2.75
Red Bull 67.00

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*