F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.
Sonuncu dəfə finlandiyalı sürücü bu il Avstriyada stüardlıq etmişdi, Belçika Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda ona Almaniyanın DMSB assosiasiyasının üzvü, DTM-in daimi stüardı Gerd Ennzer və ralli yarışlarının, dözümlülük yarışlarının qalibi, WTCC-nin daimi stüardı Baham Lexal kömək edəcəklər.