F-1.az bildirir ki, dünən qəzaya görə ikinci sessisyanı buraxmalı olan Felipe Massa ehtiyat şassi ilə bütün texniki prosedurlardan keçib və bugünkü sessiyada iştirak edə bilib. Startdan 35 dəqiqə sonra Kvyat dayanmalı olub – onun maşınının mühərriyi güc itirib. Arxa tərəf alovlanıb, lakin marşallar operativ davranaraq alovu söndürüblər. Massa sarı bayraqlar altında sürətini azaltmayıb və hazırda stüardlar tərəfindən araşdırılır. Eriksson hidravlik sistemdə sızmaya görə boksa qayıtmalı olub və bir də sessiyanın sonunda trasa çıxa bilib.
Rəykkönen trasın yeni rekordunu müəyyənləşdirib və bu dəfə də protokollara başçılıq edib – 1.43.916. Sıralanma turunda bu nəticənin daha da yaxşılaşdırılacağı şübhə doğurmur. Bizi Bakı vaxtı ilə 16:00-dan etibarən poul uğrunda gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:43.916 | – | 17 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:44.113 | + 0:00.197 | 15 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:44.114 | + 0:00.198 | 11 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:45.034 | + 0:01.118 | 13 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:45.230 | + 0:01.314 | 18 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:45.286 | + 0:01.370 | 18 |
7 | 30 | Colion Palmer | Renault | 1:45.491 | + 0:01.575 | 11 |
8 | 11 | Serxio Peres | Force İndia | 1:45.857 | + 0:01.941 | 14 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:45.942 | + 0:02.026 | 18 |
10 | 14 | Fernando Alonso | McLaren | 1:46.060 | + 0:02.144 | 12 |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:46.064 | + 0:02.148 | 11 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:46.179 | + 0:02.263 | 14 |
13 | 8 | Roman Qrojan | Haas | 1:46.196 | + 0:02.280 | 14 |
14 | 2 | Stoffel Vandorn | McLaren | 1:46.300 | + 0:02.384 | 14 |
15 | 18 | Ləns Stroll | Williams | 1:46.620 | + 0:02.704 | 18 |
16 | 19 | Felipe Massa | Williams | 1:46.667 | + 0:02.751 | 22 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:46.690 | + 0:02.774 | 13 |
18 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:47.903 | + 0:03.987 | 7 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:48.296 | + 0:04.380 | 17 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:48.300 | + 0:04.384 | 6 |