F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Həmilton, Eriksson və Vandorn Halo sistemi quraşdırılmış maşınla trasa çıxıblar. Lakin bir dövrə vurduqdan sonra sistem maşınlardan sökülüb və adi konfiqurasiya ilə işləməyə davam ediblər. Sessiya 17-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Massa 7-ci döngənin çöl tərəfindəki porebrik üzərində idarəetməni itirib, maşın çınqıllığı da keçərək işlənmiş təkərlərdən ibarət bariyerə çırpılıb. Felipe tibbi mərkəzə göndərilib, amma hər şey onun üçün yaxşı qurtarıb. Sessiyaya 8 dəqiqəlik fasilədən sonra yenidən start verilib.
Maqnussenin maşınında boyunaltı yerindən çıxıb və ardıcıl dövrələr vuran danimarkalı sürücü boksa qayıtmalı olub. Verlyayn ERS problemi ilə qarşılaşıb və sessiya onun üçün vaxtından əvvəl bitib. 65-ci dəqiqədə Bottas çınqıllığa çıxıb, lakin maşına zərər dəyməyib. Protokollara Rəykkönen başçılıq edib – 1:45.502. Bu, keçənilki poul nəticəsini 1.2 saniyə üstələyir. Həmilton ona cüzi fərqlə uduzub. Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:45.502 | – | 13 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:45.555 | + 0:00.053 | 19 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:45.647 | + 0:00.145 | 13 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:46.302 | + 0:00.800 | 18 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:46.352 | + 0:00.850 | 22 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:46.424 | + 0:00.922 | 20 |
7 | 55 | Karlos Sayns | Toro Rosso | 1:47.446 | + 0:01.944 | 22 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:47.670 | + 0:02.168 | 27 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:47.851 | + 0:02.349 | 20 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:47.865 | + 0:02.363 | 18 |
11 | 30 | Colion Palmer | Renault | 1:47.930 | + 0:02.428 | 14 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:48.037 | + 0:02.535 | 15 |
13 | 14 | Fernando Alonso | McLaren | 1:48.252 | + 0:02.750 | 18 |
14 | 11 | Serxio Peres | Force İndia | 1:48.452 | + 0:02.950 | 19 |
15 | 18 | Ləns Stroll | Williams | 1:48.541 | + 0:03.039 | 24 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:48.615 | + 0:03.113 | 20 |
17 | 8 | Roman Qrojan | Haas | 1:48.626 | + 0:03.124 | 20 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:50.160 | + 0:04.658 | 21 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:51.263 | + 0:05.761 | 13 |
20 | 19 | Felipe Massa | Williams | vaxt göstərməyib | – | 3 |