F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 4-cü döngədə, 9-cu döngədən 15-ci döngəyədək işlənmiş təkərlərdən ibarət əlavə iki cərgə baryer quraşdırılıb. Əvvəllər 8-ci və 9-cu döngələrdə yerləşən metal baryer divarla əvəzlənib.
15-ci döngədə porebrik döngədən sonra sağ tərəfdəki asfalt sahəyə qədər uzadılıb, bu porebrikin qarşısında isə drenaj sistemi quraşdırılıb.
Son illər trasda DRS zonaları dəyişməz qalır. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 2-ci döngəyə 240 metr qalmış, aktivasiya nöqtəsi isə 4-cü döngədən 310 metr sonra yerləşir.
İkinci ötmə zonasının ölçmə nöqtəsi 18-ci döngəyə 160 metr qalmış, aktivasiya nöqtəsi isə 19-cu döngədən 30 metr sonra yerləşir.