Onlar üç yaşayış məntəqəsini birləşdirən yerli yollardan yarış trası kimi istifadə etməyi qərara almışdılar, nəticədə çox sürətli yarış trası alınmışdı. Demək olar ki, bu tras “təbii yolla” alınmışdı, tras həm sürücülərin, həm də tamaşaçıların xoşuna gəldi və tezliklə müxtəlif seriya və siniflərin yarışlarını qəbul etməyə başladı. 1924-cü ildə bu trasda ilk dəfə olaraq “Frankorşamın 24 saatı” sutkalıq yarışı, bir il sonra isə ilk Qran Pri keçirilmişdi. Starta cəmi yeddi maşın çıxmışdı, qələbəni isə Alfa Romeo-dan Antonio Askari (gələcək ikiqat dünya çempionunun atası) bayram etmişdi.
İlk “süni” döngə (Raidillon – “yolun çətin hissəsi”) trasın konfiqurasiyasına 1938-ci ildə əlavə olunub. Bu döngə ilə trası daha gərgin və sürətli etmək planlaşdırılırdı, o zaman Almaniyanın məşhur Nürburqrinq trası ilə rəqabət gedirdi. Müharibə zamanı trasda yarış keçirilməyib, 1947-ci ildən isə yenidən iş qızışıb. 1950-ci ildən isə tras Formula1 təqvimində yerini alıb. İlk iyirmi ildə trasın uzunluğu 14 km-dən uzun idi!
Yüksək sürətlər və döngələr Spada təhlükəsizlik məsələlərini həmişə önə çəkirdi. 1960-cı ildə iki sürücü (Mayk Teylor və Stirlinq Moss) sərbəst yürüşlərdə ağır zədə aldılar, iki sürücü isə (Kris Bristou və Alan Steysi) yarışda həlak oldular. 1966-cı ildə ciddi kütləvi qəzadan sonra (starta çıxmış 15 maşından 8 maşın qəzaya düşmüşdü) çiyin və qabırğasını sındırmış Ceki Stüart bu trasda təhlükəsizliyi artırmaq kompaniyasına başladı. Daha sonra bu kompaniyaya Qran Pri sürücülərinin Assosiasiyası da qoşuldu. Düzdür, 1970-ci ildə trasın konfiqurasiyasında dəyişiklik edilsə də (şikana əlavə olunmuşdu), bu il 14 km-lik trasın son yarışı oldu.
Növbəti 13 ildə Belçika Qran Prisi iki dəfə Niveldə və 10 dəfə Zolderdə keçirildi.
Spada isə 1979-cu ildən başlayan yenidənqurma işləri 1983-cü ildə başa çatdı: trasın uzunluğu iki dəfədən çox qısaldıldı və konfiqurasiyası tam dəyişdirildi. Həmin il yarış köhnə ad altında tamamilə yeni trasda keçirildi.
O vaxtdan trasda 3 dəfə yarış keçirilməyib: 1984-cü ildə yarış Zolderdə keçirilib, 2003-cü ildə tütün qadağasına görə yarış keçirilmədi və 2006-cı ildə təşkilatçıların maliyyə problemləri üzündən yarış baş tutmadı.
Bu illər ərzində tras bir neçə dəfə konfiqurasiyasını dəyişib, hətta start xətti yerini dəyişib, yeni döngə və şikana əmələ gəlib, trasın uzunluğu da dəyişib. Amma bütün bunlara baxmayaraq, bu tras sürücülərin sevimlisi olaraq qalmaqdadır. Trasda ancaq istedadlı sürücülər qalib gəliblər, Mixael Şumaxer burada altı qələbə qazanıb, Ayrton Senna – 5, Cim Klark və Kimi Rəykkönen – 4, Fanxio və Deymon Hill – 3, Alberto Askari, Alen Prost, Sebastyan Fettel və Lyuis Həmilton isə 2 qələbə qazanıblar. Bu trasda qalib gələn 23 sürücüdən 16 nəfəri dünya çempionu olub…
2017 FORMULA 1 PIRELLI BELGIAN GRAND PRIX | ||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
25-27 avqust 2017 | Spa | 7004 m | 44 | 308.052 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Spa orta sürət göstəricisinə görə təqvimdə yalnız Montsaya uduzur. Adətən, cümə günü komandalar aerodinamikanın minimum zəruri konfiqurasiyası ilə məşqlərə başlayırlar və orta sektorda stabillik üçün tədricən maşını asfalta sıxırlar.
Spada mühəndislər düz yollarda sürət və yavaş döngələrdə idarəetmə arasında kompromis axtarışında üstünlüyü sürətə verirlər. Qaz pedalı döşəməyə basılmış vəziyyətdə sürücülər böyük məsafə qət etdikləri üçün Spada yanacaq sərfiyyatı da yüksəkdir. Porebriklərə hücum az olduğu üçün asılqanlar da böyük sürətlərə uyğun sazlanır, Eau Rouge və Raidillon döngələrində yüksək yüklənmələrə tab gətirmək üçün effektiv mexaniki sazlanmalar gərəkdir.
Əyləclərin yüklənməsi orta səviyyədədir, hava çox isti olmur və yalnız 3 ciddi əylənmə nöqtəsi (La Source, Les Combes və Bus Stop) var. Yarışın startında qəzaların çox olması Təhlükəsizlik Maşınının trasa çıxması ehtimalını artırır.
2016-cı ilin Belçika Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:48.348 |
2-ci sərbəst yürüşlər | Günəşli. Quru | Maks Ferstappen | Red Bull | 1:48.085 |
3-cü sərbəst yürüşlər | Günəşli. Quru | Kimi Rəykkönen | Ferrari | 1:47.974 |
Sıralanma turu | Günəşli. Quru | Niko Rosberq | Mercedes AMG | 1:46.744 |
Yarışda sürətli dövrə | Günəşli. Quru | Lyuis Həmilton | Mercedes AMG | 1:51.583 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Belçika Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Belçika Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
25 avqust | 1-ci sərbəst yürüşlər | 12:00 | – |
25 avqust | 2-ci sərbəst yürüşlər | 16:00 | – |
26 avqust | 3-cü sərbəst yürüşlər | 13:00 | – |
26 avqust | Sıralanma turu | 16:00 | 15:50 |
27 avqust | Yarış | 16:00 | 15:50 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Pirelli trasa ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Yarışın gedişində SuperSoft və ya Soft-dan mütləq istifadə olunmalıdır. Keçən il sürücülər Medium və Soft tərkibləri ilə yarışı 2 və ya 3 pit-stopla başa vurmuşdular.
Sürücü | Komanda | Soft | SuperSoft | UltraSoft |
Lyuis Həmilton | Mercedes AMG | 4 | 3 | 6 |
Valtteri Bottas | Mercedes AMG | 3 | 4 | 6 |
Daniel Rikkardo | Red Bull | 1 | 3 | 9 |
Maks Ferstappen | Red Bull | 1 | 3 | 9 |
Sebastyan Fettel | Ferrari | 3 | 3 | 7 |
Kimi Rəykkönen | Ferrari | 3 | 3 | 7 |
Serxio Peres | Force İndia | 3 | 4 | 6 |
Esteban Okon | Force İndia | 3 | 4 | 6 |
Felipe Massa | Williams | 1 | 5 | 7 |
Ləns Stroll | Williams | 1 | 5 | 7 |
Fernando Alonso | McLaren | 2 | 2 | 9 |
Stoffel Vandorn | McLaren | 1 | 3 | 9 |
Karlos Sayns | Toro Rosso | 2 | 3 | 8 |
Daniil Kvyat | Toro Rosso | 2 | 3 | 8 |
Roman Qrojan | Haas | 3 | 4 | 6 |
Kevin Maqnussen | Haas | 4 | 3 | 6 |
Niko Hülkenberq | Renault | 2 | 3 | 8 |
Colion Palmer | Renault | 2 | 3 | 8 |
Paskal Verlyayn | Sauber | 3 | 3 | 7 |
Markus Eriksson | Sauber | 2 | 4 | 7 |
STATİSTİKA
Hazırkı pilotların Belçika Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
S.Fettel | 10 | 96 | 1 | 4 | 2 |
L.Həmilton | 10 | 91 | 3 | 5 | 2 |
K.Rəykkönen | 12 | 75 | 1 | 5 | 4 |
F.Massa | 12 | 64 | – | 2 | 1 |
F.Alonso | 13 | 61 | – | 3 | – |
D.Rikkardo | 6 | 46 | – | 2 | 1 |
N.Hülkenberq | 7 | 25 | – | – | – |
S.Peres | 6 | 24 | – | – | – |
V.Bottas | 5 | 21 | – | 1 | – |
R.Qrojan | 6 | 19 | – | 1 | – |
D.Kvyat | 3 | 14 | – | – | – |
M.Ferstappen | 2 | 4 | – | – | – |
M.Eriksson | 3 | 1 | – | – | – |
K.Sayns | 2 | – | – | – | – |
K.Maqnussen | 2 | – | – | – | – |
P.Verlyayn | 1 | – | – | – | – |
C.Palmer | 1 | – | – | – | – |
E.Okon | 1 | – | – | – | – |
S.Vandorn | – | – | – | – | – |
L.Stroll | – | – | – | – | – |
Belçika Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
28.08.2016 | Spa | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
23.08.2015 | Spa | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
24.08.2014 | Spa | N.Rosberq | Mercedes AMG | D.Rikkardo | Red Bull |
25.08.2013 | Spa | L.Həmilton | Mercedes AMG | S.Fettel | Red Bull |
02.09.2012 | Spa | C.Batton | McLaren | C.Batton | McLaren |
28.08.2011 | Spa | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
29.08.2010 | Spa | M.Uebber | Red Bull | L.Həmilton | McLaren |
30.08.2009 | Spa | C.Fizikella | Force İndia | K.Rəykkönen | Ferrari |
07.09.2008 | Spa | L.Həmilton | McLaren | F.Massa | Ferrari |
16.09.2007 | Spa | K.Rəykkönen | Ferrari | K.Rəykkönen | Ferrari |
11.09.2005 | Spa | X.Mantoyya | McLaren | K.Rəykkönen | McLaren |
29.08.2004 | Spa | Y.Trulli | Renault | K.Rəykkönen | McLaren |
01.09.2002 | Spa | M.Şumaxer | Ferrari | M.Şumaxer | Ferrari |
02.09.2001 | Spa | X.Mantoyya | Williams | M.Şumaxer | Ferrari |
27.08.2000 | Spa | M.Həkkinen | McLaren | M.Həkkinen | McLaren |
29.08.1999 | Spa | M.Həkkinen | McLaren | D.Kulthard | McLaren |
30.08.1998 | Spa | M.Həkkinen | McLaren | D.Hill | Jordan |
24.08.1997 | Spa | J.Vilnöv | Williams | M.Şumaxer | Ferrari |
25.08.1996 | Spa | J.Vilnöv | Williams | M.Şumaxer | Ferrari |
27.08.1995 | Spa | G.Berger | Ferrari | M.Şumaxer | Benetton |
28.08.1994 | Spa | R.Barrikello | Jordan | D.Hill | Williams |
29.08.1993 | Spa | A.Prost | Williams | D.Hill | Williams |
30.08.1992 | Spa | N.Mənsell | Williams | M.Şumaxer | Benetton |
25.08.1991 | Spa | A.Senna | McLaren | A.Senna | McLaren |
26.08.1990 | Spa | A.Senna | McLaren | A.Senna | McLaren |
27.08.1989 | Spa | A.Senna | McLaren | A.Senna | McLaren |
28.08.1988 | Spa | A.Senna | McLaren | A.Senna | McLaren |
17.05.1987 | Spa | N.Mənsell | Williams | A.Prost | McLaren |
25.05.1986 | Spa | N.Pike | Williams | N.Mənsell | Williams |
15.09.1985 | Spa | A.Prost | McLaren | A.Senna | Lotus |
22.05.1983 | Spa | A.Prost | Renault | A.Prost | Renault |