F-1.az bildirir ki, Massa ikinci sessiyada iştirak etməyib. Komanda nahardan əvvəl qəzaya uğrayan braziliyalı sürücü üçün yeni şassi yığmalı olub və texniki təftişdən keçmək lazım gəlib. Felipenin sabah səhərki məşqlərdə iştirak edəcəyi gözlənilir.
Rikkardo güc qurğusunda problemlə qarşılaşıb. Lakin komanda operativ işləyib və avstraliyalı sürücü proqramına davam edə bilib. Eriksson maşının altlığı dəyişildiyi üçün xeyli vaxt itirib. Sürücülər sessiyanın əvvəlində UltraSoft təkərlərlə qısa dövrələr vurublar. Sonra isə aşınmanı qiymətləndirmək üçün uzun məsafələr qət etməyə başlayıblar. Lakin son 20 dəqiqədə yağan yağış buna mane olub. Alonso və Rikkardo yağışda trasa çıxıblar, lakin su çox olduğundan boksa qayıtmalı olublar.
Həmilton protokollara başçılıq edib – 1:44.753. Bu nəticə Trullinin 2009-cu ildə trasın rekordunu müəyyən etdiyi nəticəyə 0.253 saniyə uduzur. Məşqlər sabah səhər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:44.753 | – | 17 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:45.015 | + 0:00.262 | 21 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:45.180 | + 0:00.427 | 17 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:45.225 | + 0:00.472 | 16 |
5 | 5 | Sebastyan Fettel | Ferrari | 1:45.235 | + 0:00.482 | 20 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:46.072 | + 0:01.319 | 15 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:46.441 | + 0:01.688 | 24 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:46.473 | + 0:01.720 | 19 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:46.561 | + 0:01.808 | 19 |
10 | 30 | Colion Palmer | Renault | 1:46.670 | + 0:01.917 | 23 |
11 | 14 | Fernando Alonso | McLaren | 1:46.743 | + 0:01.990 | 20 |
12 | 11 | Serxio Peres | Force İndia | 1:46.984 | + 0:02.231 | 18 |
13 | 8 | Roman Qrojan | Haas | 1:47.285 | + 0:02.532 | 15 |
14 | 2 | Stoffel Vandorn | McLaren | 1:47.303 | + 0:02.550 | 17 |
15 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:47.450 | + 0:02.697 | 12 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:47.556 | + 0:02.803 | 15 |
17 | 18 | Ləns Stroll | Williams | 1:47.861 | + 0:03.108 | 13 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:49.214 | + 0:04.461 | 12 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:49.725 | + 0:04.972 | 18 |