F-1.az Spa avtodromunun rəsmi saytına istinadən bildirir ki, cümə günü göyün üzü buludlu olsa da, hava +25 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 25% olacaq. Şənbə günü səhər yağışın yağma ehtimalı yüksəkdir, amma F1 sessiyaları quru olmalıdır, termometrlər +26 dərəcəni göstərəcəklər. Bazar günü isə havanın +22 dərəcəyədək düşməsi və yağışın yağma ehtimalının 50%-dək artması söylənilir.
Xatırladaq ki, keçən il Spada bütün sessiyalar quru havada baş tutmuşdu…