F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, son dövrələrdə UltraSoft təkərlərə keçən Sebastyan Fettelin hücumlarını dəf edərək mövsümdə beşinci qələbəsini qazanan Mercedes AMG sürücüsü Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Britaniyalı sürücü bu ada ikinci dəfədir layiq görülür. Maraqlıdır ki, keçənilki Belçika Qran Prisində də “Günün Sürücüsü” məhz o seçilmişdi.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Azərbaycan Qran Prisi | Ləns Stroll |
Avstriya Qran Prisi | Valtteri Bottas |
Britaniya Qran Prisi | Daniel Rikkardo |
Macarıstan Qran Prisi | Kimi Rəykkönen |
Belçika Qran Prisi | Lyuis Həmilton |