Belçika-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Ferrari-nin dominantlıq etdiyi Macarıstan yarışında Fettel qalib gəlsə də, Spa yarışının ən güclü favoriti Lyuis Həmilton hesab edilib.

Belçika Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Sebastyan Fettel 4.73
Valtteri Bottas 5.50
Kimi Rəykkönen 13.00
Maks Ferstappen 15.00
Daniel Rikkardo 19.00

 

Buna baxmayaraq, Fettelin qələbəsi çempionluq üçün verilən əmsalına müsbət təsir edib. Fettel və əsas favorit Həmiltonla yanaşı, Bottasın da titul qazanmasına müəyyən qədər inam var. Yerdə qalan sürücülərə verilən əmsallar isə formal xarakter daşıyır.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.83
Sebastyan Fettel 2.20
Valtteri Bottas 17.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen 1001.00

 

Mühəndislər Kubokunda isə Mercedes-in qələbəsinə demək olar ki, şübhə edilmir.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.11
Ferrari 7.00
Red Bull 1501.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber 2501.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*