Amerikalı sürücü 1983-cü ildə Tyrrell komandasının tərkibində 15 Qran Pridə start alıb və ən yaxşı nəticəsi Monakoda 5-cilik olub. Vətənində daha məşhur olan Dənni İndyCar seriyasının çempionu və əfsanəvi İndianapolis-500 yarışının qalibi kimi tanınır.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, stüardlar briqadasında Sallivanla bərabər Almaniyanın ADAC avtoklubunun direktorlar şurasının üzvü Gerd Ennzer və keçmiş İndyCar sürücüsü, Braziliya Sürücülər Assosiasiyasının prezidenti Felipe Caffone çalışacaqlar…