Belçika-2016: Üçüncü sərbəst yürüşlər

Builki Belçika Qran Prisinin ən çox müzakirə olunan mövzusu, əlbəttə, dözülməz istilərdir.

F-1.az bir daha xatırladır ki, hələ iki ay əvvəl komandalar təkər seçimini edərkən avqust ayının sonunda Ardenn dağlarının ətəklərində havaların soyuq olmasını nəzərə alaraq üstünlüyü SuperSoft tərkibinə vermişdilər. Amma dünən məlum oldu ki, qırmızı təkərlər 40 dərəcəyədək qızmış asfaltda bir neçə dövrədən sonra effektivliklərini itirirlər. Bu gün səhər komandalar təkərlər və sazlanmalarla işlərini davam etdiriblər – mühəndislər dünən topladıqları məlumatlar əsasında sazlanmalara düzəlişlər ediblər.

Sessiyanın əvvəlində 4-cü və -ci döngələr arasında Qutyerres Verlyaynı bloka salıb, Paskal böyük sürətlə trasdan çıxmalı olub, amma qəzadan qaça bilib – bu insidentə görə stüardlar meksikalı sürücünü sabahkı yarışın startında  yer itirməklə cəzalandırıblar. Maqnussenin Fetteli bloka salması isə adi yarış insidenti hesab edilib və danimarkalı sürücüyə cərimə verilməyib.

Markus Eriksson gücqurğusundan gileylənsə də, sessiyanın sonunda trasa qayıdıb. Maks Ferstappen isə güc qurğusundakı problem üzündən sessiyanı buraxmalı olub.

Protokollara Kimi Rəykkönen başçılıq edib – 1:47.974. Nahardan sonra bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:47.974 11
2 3 Daniel Rikkardo Red Bull 1:48.189 + 0:00.215 18
3 5 Sebastyan Fettel Ferrari 1:48.297 + 0:00.323 12
4 77 Valtteri Bottas Williams 1:48.504 + 0:00.530 17
5 44 Lyuis Həmilton Mercedes AMG 1:48.635 + 0:00.661 20
6 27 Niko Hülkenberq Force İndia 1:48.739 + 0:00.765 12
7 6 Niko Rosberq Mercedes AMG 1:48.742 + 0:00.768 19
8 19 Felipe Massa Williams 1:48.783 + 0:00.809 21
9 11 Serxio Peres Force İndia 1:48.915 + 0:00.941 12
10 8 Roman Qrojan Haas 1:49.272 + 0:01.298 16
11 14 Fernando Alonso McLaren 1:49.453 + 0:01.479 9
12 21 Esteban Qutyerres Haas 1:49.631 + 0:01.657 16
13 22 Censon Batton McLaren 1:49.665 + 0:01.691 10
14 20 Kevin Maqnussen Renault 1:49.716 + 0:01.742 11
15 94 Paskal Verlyayn Manor 1:49.761 + 0:01.787 15
16 26 Daniil Kvyat Toro Rosso 1:50.023 + 0:02.049 9
17 55 Karlos Sayns Toro Rosso 1:50.078 + 0:02.104 9
18 30 Colion Palmer Renault 1:50.241 + 0:02.267 11
19 12 Felipe Nasr Sauber 1:50.420 + 0:02.446 13
20 31 Esteban Okon Manor 1:50.693 + 0:02.719 18
21 9 Markus Eriksson Sauber 1:51.319 + 0:03.345 5
22 33 Maks Ferstappen Red Bull  – 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*