F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 7-ci döngənin çıxışındakı porebrik və süni ot sahəsi çınqıllı təhlükəsizlik zonasının sonunadək uzadılıblar. 15-ci döngənin çıxışındakı süni ot sahəsi isə yaşıl boya ilə rənglənmiş asfalt sahəsinə qədər uzadılıb.
Son illər trasda DRS zonaları dəyişməz qalır. Birinci ötmə zonasının interval ölçmə nöqtəsi 2-ci döngəyə 240 metr qalmış, aktivasiya nöqtəsi isə 4-cü döngədən 340 metr sonra yerləşir.
İkinci ötmə zonasının ölçmə nöqtəsi 18-ci döngəyə 160 metr qalmış, aktivasiya nöqtəsi isə 19-cu döngədən 30 metr sonra yerləşir.