Belçika-2016: Sıralanma turu

Adətən, Spada sıralanma turu yağışlı və ya soyuq havada olur, amma bu həftəsonunun həlledici faktoru havanın və asfaltın yüksək temperaturu olub - təkərlərin yeyilməsi gözlənildiyindən çox olub. Ona görə də komandalar və sürücülər yeni şəraitə adaptasiya olublar.

Belçikada sıralanma turu prinsipial əhəmiyyət kəsb etmir, bu trasda ötmək mümkündür, ona görə də Mercedes AMG komandası Lyuis Həmiltonun maşınında güc qurğusunu bir neçə dəyişməyi qərara alıb – mövsümün əvvəlində güc qurğusunun elementlərinin tez-tez dəyişən britaniyalı sürücü indi mövsümün sonuna qədər kifayət qədər elementlərlə təchiz olunub.

Lyuisin maşınında 3 dəfə aparılan əvəzləmə işləri onun startda  yer itirməsi ilə nəticələnib. Fernando Alonsonun maşınında yeni 5-ci güc qurğusu cəmi 3 dövrə dözmüşdü, ona görə də 6-cı qurğu ispaniyalı sürücüyə startda 3 yer itirmək hesabına başa gəlib. Markus Eriksson isə 6-cı turbinə görə 10 yer itirmək cəzası alıb. Qutyerres isə bu gün səhər məşqlərdə Verlyaynı bloka saldığı üçün  yer itirəcək.

Pirelli Belçikaya orta üçlüyü – Medium, Soft, SuperSoft tərkiblərini gətiriblər, təkərlərin yeyilməsi yüsək olsa da, sıralanma turunda onlardan istifadə qaydası dəyişməz qalıb.

Birinci sessiyaya hamı SuperSoft-la çıxsa da, Rosberq sarı (Soft) təkərlərə üstünlük verib. Nasr və Maqnussen trasın hüdudlarından kənara çıxdıqları üçün nəticələri ləğv olunub. Honda motorçuları Alonsonun maşınında motor problemini həll etsələr də, ispaniyalı sürücü artıq ikinci döngənin girişində maşını dayandırmalı olub.

Həmilton nümayiş üçün sadə bir dövrə vurub, onun nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi – britaniyalı sürücünü  yerlik cərimə gözləyirdi. Onunla birlikdə mübarizəni Eriksson, Kvyat, Okon, Nasr və Alonso dayandırıblar. Felipe Massa isə protokollara başçılıq edib – 1:47.738.

İkinci sessiyada Rosberq, Fettel, Rəykkönen və Rikkardo ilk cəhdlərinə sarı (Soft) təkərlə çıxıblar. Rosberq protokollara başçılıq edib – 1:46.999 və ikinci cəhdinə çıxmayıb.

Ferrari sürücüləri isə özlərini sığortalamaq üçün qırmızı (SuperSoft) təkərlə trasa çıxsalar da dövrəni tamamlamadan boksa qayıdıblar. Ona görə də sabah bu dörd sürücü startda sarı təkərlərlə olacaqlar. Qrojan, Maqnussen, Qutyerres, Palmer, Sayns və Verlyayn mübarizəni dayandırıblar.

Son sessiyaya hamı qırmızı təkərlə başlayıb. Rosberq ilk cəhdində Ferstappeni üstələyərək protokollara başçılıq edib – 1:46.744. İkinci cəhdində Niko nəticəsini yaxşılaşdırmayıb, Maks ikinci qalıb, Rəykkönen isə Fetteli üstələyərək üçüncülük qazanıb.

Beləliklə, Niko Spada sıralanma turunda birinci olmaqla mövsümdə 6-cı, karyerasında isə 28-ci poulunu qazanıb. Maks Ferstappen isə ilk cərgədən start almış ən gənc sürücü olacaq. Uzaq 1961-ci ilin İtaliya Qran Prisində Rikardo Rodrigesin qazandığı rekord 55 ildən sonra yenilənib. İkinci cərgə tamamilə Ferrari-nin olacaq – Kimi mövsümdə 5-ci dəfə Sebastyanı üstələyib. Üçüncü cərgədən start alan Rikkardo və Peres də ilk döngəyə lider kimi girməyə çalışacaqlar.

Sabah bizi maraqlı start və yarış gözləyir!

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 4 1:48.019 3 1 1:46.999 3 1:46.744 6
2 33 Maks Ferstappen Red Bull 7 1:48.407 3 2 1:47.163 3 1:46.893 6
3 7 Kimi Rəykkönen Ferrari 3 1:47.912 3 5 1:47.664 5 1:46.910 5
4 5 Sebastyan Fettel Ferrari 2 1:47.802 3 8 1:47.944 5 1:47.108 6
5 3 Daniel Rikkardo Red Bull 8 1:48.407 3 9 1:48.027 3 1:47.216 6
6 11 Serxio Peres Force İndia 6 1:48.106 3 4 1:47.485 3 1:47.407 6
7 27 Niko Hülkenberq Force İndia 5 1:48.080 3 3 1:47.317 3 1:47.543 6
8 77 Valtteri Bottas Williams 10 1:48.655 3 7 1:47.918 3 1:47.612 6
9 22 Censon Batton McLaren 11 1:48.700 6 10 1:48.051 6 1:48.114 3
10 19 Felipe Massa Williams 1 1:47.738 6 6 1:47.667 3 1:48.263 3
11 8 Roman Qrojan Haas 13 1:48.751 6 11 1:48.316 6
12 20 Kevin Maqnussen Renault 14 1:48.800 6 12 1:48.485 6
13 21 Esteban Qutyerres Haas 12 1:48.748 6 13 1:48.598 6
14 30 Colion Palmer Renault 16 1:48.901 6 14 1:48.888 6
15 55 Karlos Sayns Toro Rosso 15 1:48.876 6 15 1:49.038 3
16 94 Paskal Verlyayn Manor 9 1:48.554 7 16 1:49.320 4
17 12 Felipe Nasr Sauber 17 1:48.949 6
18 31 Esteban Okon Manor 18 1:49.050 7
19 26 Daniil Kvyat Toro Rosso 19 1:49.058 6
20 9 Markus Eriksson Sauber 20 1:49.071 6
21 44 Lyuis Həmilton Mercedes AMG 21 1:50.033 4
22 14 Fernando Alonso McLaren 22 1
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*