F-1.az xəbər verir ki, şirkətin idman bölməsinin başçısı Pol Hembri bu cür seçimi trasın xüsusiyyətləri üzündən təkərlərin yüksək dərəcədə yüklənməsi ilə əlaqələndirib…
Pol Hembri: “Spa trasının əlavə təqdimata ehtiyacı yoxdur – qarşıdakı həftəsonu təqvimdə əfsanəvi traslardan birinə qonaq olacayıq. Təkərlər üçün asan tras deyil – təkərlər yüksək dərəcədə yüklənirlər, ona görə də maşını bu trasda idarə etmək çox maraqlıdır. Zəruri sazlanmaları tapmaq asan deyil, çünki dövrə çox uzundur və ötməyə kifayət qədər yer var, ona görə də müxtəlif strateji variantlar gözləyirik.
Yay tətili zamanı biz gələn mövsüm üçün nəzərdə tutulan təkərlərin testlərinə başladıq və gözləyirik ki, mövsümün ikinci yarısı bizim üçün gərgin olacaq, çünki test proqramı davam edəcək. Bir həftədən sonra isə bizi Montsada ev yarışı gözləyir, ona da indidən hazırlaşırıq…”=