Cümə axşamı Fernando Alonso (McLaren), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes AMG), Daniil Kvyat (Toro Rosso), Esteban Okon (Manor) və Maks Ferstappen (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Erik Bulye (McLaren), Robert Förnli (Force İndia), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber), Frederik Vassyör (Renault) və Kler Uilyams (Williams) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…