Belçika-2016: Günün sürücüsü – Lyuis Həmilton

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Belçika Qran Prisinə 21-ci yerdən başlayan və heç kəsin gözləmədiyi halda 3-cü yeri tutaraq podiuma yüksələn Lyuis Həmilton “Günün Sürücüsü” seçilib.

Qeyd edək ki, Lyuis bu ada ilk dəfədir ki, layiq görülür. Ən çox – 4 dəfə Maks Ferstappen “Günün sürücüsü” seçilib. Bu 4 yarışın hamısı İspaniya Qran Prisindən – yəni Maksın Red Bull-a keçməsindən sonraya təsadüf edir. O, yeni komandası ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, daha sonra isəKanada, Avstriya və Britaniya Qran Prilərində bu ada layiq görülüb.

Red Bull sürücüsündən əlavə, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran PrisindəDaniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində isə Daniel Rikkardo “Günün sürücüsü” seçilmişdilər.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*