F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton əfsanəvi Spa trasında qələbəyə əsas favorit olacaq. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Bukmeykerlərin fikrincə, Red Bull sürücüləri Ferrari sürücülərindən kifayət qədər şanslı olacaqlar…
Belçika Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.80 |
Niko Rosberq | 2.05 |
Maks Ferstappen | 8.50 |
Sebastyan Fettel | 12.00 |
Daniel Rikkardo | 7.50 |
Kimi Rəykkönen | 20.00 |
Serxio Peres, Niko Hülkenberq | 151.00 |
Valtteri Bottas | 201.00 |
Felipe Massa | 251.00 |
Censon Batton, Fernando Alonso | 301.00 |
Titul uğrunda mübarizədə bukmeykerlər yalnız 3 komandanın sürücülərinin şanslı olduğunu qeyd ediblər. Lyuisin ardıcıl 4 qələbəsindən sonra titul şansları da güclənib. Ferrari və Red Bull sürücülərinin yalnız riyazı şansları var…
Dünya çempionatında qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.20 |
Niko Rosberq | 4.50 |
Sebastyan Fettel, Daniel Rikkardo | 201.00 |
Maks Ferstappen | 301.00 |
Kimi Rəykkönen | 501.00 |
Mövsümün ilk yarısından sonra bukmeykerlər Mühəndislər Kuboku üçün reytinq cədvəli tərtib etməyiblər – qalibi indidən söyləmək ən asan işdir…