Belçika-2016: Birinci sərbəst yürüşlər

Nəhayət, yay tətili başa çatıb və bu gün səhər maşınlar yenidən trasa çıxıblar. Manor komandasında yeni sürücü debüt edib - Rio Haryanto maliyyə problemləri üzündən yerini 19 yaşlı fransalı sürücü Esteban Okona verməli olub.

F-1.az xatırladır ki, Okon cümə sərbəst yürüşlərində ehtiyat sürücü kimi Renault-un sükanı arxasında bu il işləmişdi, indi isə Manor-un əsas sürücüsü kimi bunu edib. Sessiyanın ortasında Okon komandanın boksu qarşısında əyləci gec basıb – xoşbəxtlikdən heç kim zədə almayıb, fransalı sürücü yalnız konusu tapdalayıb.

Pirelli şirkəti Spaya xarici təsirlərə daha dözümlü olan markalanmamış yeni təkərlər gətirib, hər bir sürücüyə bu təkərlərdən bir dəst verilib – sürücülər bu təkərlərlə sessiyanın əvvəlində işləyiblər ki, sonra ümumi işlərinə mane olmasın.

Rosberq, Rikkardo, Sayns və Hülkenberqin maşınına Halo sistemi quraşdırılıb, sürücülər trasda bir dövrə vurduqdan sonra sistem demontaj edilib və hamı işinə davam edib.

Səhər komandaların çoxu maşınlarında yeni güc qurğuları quraşdırıblar və Alonsonun maşınında problem yaşanıb: ispaniyalı sürücünün maşınında mühərriyi yenidən dəyişməli olublar və Fernando bir daha trasa qayıtmayıb. Colion Palmerin maşınında asıqlan sındığı üçün o da sessiyanı vaxtından əvvəl dayandırıb.

Protokollara isə Niko Rosberq başçılıq edib – 1:48.348, bu nəticə keçən ilin ilk məşqlərində göstərilən nəticədən 3 saniyə sürətlidir. Nahardan sonra məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:48.348 27
2 44 Lyuis Həmilton Mercedes AMG 1:49.078 + 0:00.730 25
3 7 Kimi Rəykkönen Ferrari 1:49.147 + 0:00.799 24
4 11 Serxio Peres Force İndia 1:49.274 + 0:00.926 23
5 5 Sebastyan Fettel Ferrari 1:49.768 + 0:01.420 19
6 3 Daniel Rikkardo Red Bull 1:49.782 + 0:01.434 24
7 33 Maks Ferstappen Red Bull 1:49.865 + 0:01.517 24
8 27 Niko Hülkenberq Force İndia 1:50.088 + 0:01.740 21
9 77 Valtteri Bottas Williams 1:50.394 + 0:02.046 31
10 21 Esteban Qutyerres Haas 1:50.583 + 0:02.235 21
11 8 Roman Qrojan Haas 1:50.899 + 0:02.551 18
12 19 Felipe Massa Williams 1:51.122 + 0:02.774 28
13 9 Markus Eriksson Sauber 1:51.125 + 0:02.777 16
14 55 Karlos Sayns Toro Rosso 1:51.424 + 0:03.076 17
15 12 Felipe Nasr Sauber 1:51.768 + 0:03.420 19
16 31 Esteban Okon Manor 1:51.787 + 0:03.439 26
17 26 Daniil Kvyat Toro Rosso 1:52.308 + 0:03.960 19
18 22 Censon Batton McLaren 1:52.407 + 0:04.059 18
19 94 Paskal Verlyayn Manor 1:52.837 + 0:04.489 23
20 20 Kevin Maqnussen Renault 1:53.053 + 0:04.705 20
21 30 Colion Palmer Renault 1:53.089 + 0:04.741 20
22 14 Fernando Alonso McLaren  – 3
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*