Keçən il biz xəbər vermişdik ki, Berni Ekklstounun ikinci nigahdan olan böyük qızı Tamara ana olmağa hazırlaşır. Bu gün məlum olub ki, iki gün əvvəl Tamaranın qızı olub, uşağa Sofiya adını qoyublar.
Keçən ilin yayında Tamara keçmiş birja brokeri Cey Ratləndlə ailə həyatı qurmuşdu. Onların təmtəraqlı toy məclisləri Fransa Rivyerasında baş tutmuşdu və mətbuatın bildirdiyinə görə 4.6 milyon Avroya başa gəlmişdi.
Berni yeni baba deyil. Onun ilk nikahından olan qızı Deboranın oğlu var, onun isə artıq öz uşaqları var – yəni Berninin nəticələri…