İttiham ingilis dilinə tərcümə olunub və Berni Ekklstouna çatdırılıb – bunu Münhen Məhkəməsinin mətbuat katibi Marqaret Nöttsel təsdiq edib. İttiham məhkəməyə isə hələ may ayında göndərilmişdi.
Financial Times-a müsahibəsində Ekklstoun itttihamı aldığını təsdiq edib, amma əminliklə bildirib ki, hər şey uğurla başa çatacaq: “Biz müdafiəyə lazımınca hazırlaşacayıq, bizi maraqlı iş gözləyir, amma təəssüf ki, hər şey belə alındı.”
Xatırladaq ki, Berni Formula1-in səhmlərinin 2005-ci ilin sonunda CVC Capital Partners sərmayə fonduna satışı zamanı Gerhar Qribkovskiyə 44 milyon ABŞ dolları rüşvət verməkdə ittiham olunur. Hazırda rüşvətxor alamqda və vergi ödəməkdən yayınmaqda təqsirli bilinərək həbsdə olan Gerhard 2005-ci ildə BayernLB dövlət bankında direktorlar şurasının üzvü idi, yəni prokuraturanın bildirdiyi kimi dövlət məmuru idi.
Ekklstounun özü rüşvət verdiyini təkzib edir, amma təsdiq edir ki, şantajın qurbanı olub və məhz buna görə də Qribkovskiyə pul ödəyib…