B.Ekklstoun yenə də Bakı Qran Prisindən danışıb

Bu gün Saxir trasında keçiriləcək Bəhreyn Qran Prisi ərəfəsində Formula1-in kommersiya başçısı Berni Ekklstoun Reuters agentliyinin jurnalistinin bir neçə sualını cavablandırıb. Suallardan birincisi gələn il ölkəmizdə keçirilməsi planlaşdırılan Avropa Qran Prisi barədə olub. F-1.az həmin sual-cavabı diqqətinizə çatdırır...

Reuters: “Klassik traslar təqvimi tərk edir, onları təqvimdə problemli şərq ölkələri əvəz edirlər. Gələn il Bakıda yarışın keçirilməsində problem varmı?”

Berni Ekklstoun: “Bakı? Bakıda heç bir problem yoxdur… Mən əminəm ki, biz bu yarışı uğurla keçirəcəyik və bu yarış təqvimin yaraşığı olacaq…”

Reuters: “Əvvəl Fransa, bu il Almaniya, gələn il İtalıiya? Avropada nə qədər yarış qalacaq?”

Berni Ekklstoun: “Yaşayarıq görərik. Almanların pulu yoxdur. Monsa (İtaliya) trası ilə müqaviləmiz bu il başa çatır, yeni müqaviləmiz yoxudr. Vəziyyət elə Almaniya ilə olduğu kimidir”.

Reuters: “Amma Monsa kimi əfsanəvi trasın çempionatdan getməsi idmanın imicinə zərbə deyilmi?”

Berni Ekklstoun: “Manyi Kur (Fransa) çempionatı tərk edəndə mənə eyni sözləri deyirdilər, indi Nürburqrinq (Almaniya) üçün də eyni sözləri eşidirəm. Heç bir güzəştə getmək fikrimiz yoxdur. Növbədə yeni ölkələr, yeni traslar var. Keçən il Soçi (Rusiya) trası debüt etdi və mövsümün ən yaxşı yarışı oldu. Bu il Meksika trası debüt edəcək. Əminəm ki, gələn il Bakı yarışı da hamının xoşuna gələcək!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*