Formula1-in kommersiya başçısı Berni Ekklstoun Rusiya Federasiyasının baş nazirinin birinci müavini Dmitriy Kozakla Soçiyə, 2014-cü ildə ildə Rusiya Qran Prisinin keçiriləcəyə avtodroma baş çəkib.
Formula Sochi Ltd.-nin mətbuat xidmətinin verdiyiə xəbərə görə dünən Ekklstoun və Kozak Olimpiya Parkında salınacaq trasın tikinti maydanında olublar. Berni görülən işləri yüksək qiymətləndirib, avtodromun və onun infrastrukturunun hazırlığından razı qalıb: “Mən hələ tikinti başlamamışdan əvvəl burda olmuşdum. Hələ onda layihədən çox razı idim. İndi isə hər şeydən super razıyam, hər şey çox gözəldir.”
Berni komandaların boksunu, pit-leyni və avtodromun digər infrastrukturlarını qarış-qarış gəzib…