Britaniyanın The Guardian bu gün Berni Ekklstounun Silverstoun avtodromunu almaq istəyindən yazıb. Bu il Sİlverstoun sonuncu dəfə Böyük Britaniya Qran Prisini qəbul etməlidir, növbəti uzunmüddətli müqvilə Donunqton Park avtodromu ilə bağlanılıb, amma maliyyə və hüquqi problemlər müqavilənin realizəsinə əngəllər yara bilər. Vəziyyət çətindir, Britaniya milli Qran Prisiz qala bilər, amma britaniyalıların yarışlara marağı son illər çox artıb – keçən il titulu Lyuis Həmilton qazandı, bu isə Censon Batton çempionatda liderlik edir.
Silverstoun trasının sahibinin dəyişməsi haqqında peyda olan gözlənilməz xəbər problemi həll edə bilər – The Guardian-ın yazdığına görə, avtodromun satışı Britaniya Sürücülər Klubunun (BRDC) üzvləri tərəfindən müzakirə olunur, əgər razılıq əldə olunarsa, onda Qran Pri tarixi trasda qala bilər.
Klubun üzvlərinə konfidensial məktubunda BRDC-nin başçısı Robert Bruks təsdiq edib ki, klub 1971-ci ildən sahib olduğu torpaq sahəsini satmağı planlaşdırır…\