Biz artıq xəbər vermişdik ki, Mercedes AMG komandası Formula1-dən getməsi barədə yayılan şayiələri təkzib edib, Berni Ekklstoun da əmindir ki, Mercedes AMG komandası çempionatda iştirakını davam etdirəcək.
Amma hələlik faktdır ki, komandanın başçıları digər komandalardan fərqli olaraq yeni Razılıq Müqaviləsini imzalamayıblar. Bundan başqa, söz-söhbət gəzir ki, Mercedes-Benz konserni Formula1-in qarşıdan gələn İPO-sunun əleyhinədir, çünki konsernin nümayəndələri gələcək holdinqin direktorlar şurasına dəvət etməyiblər.
Britaniyanın Pitpass saytının yazdığına görə, yeni Razılıq Müqaviləsində Mercedes AMG komandasına hər hansı bir əlavə ödəmələr nəzərdə tutulmayıb. Hazırda Formula1-in əldə etdiyi gəlirin təxminən 50%-i komandalara ödənilir – Ferrari komandasına tarixi roluna görə əlavə məbləğ də ödənilir.
Yeni Razılıq Müqaviləsinə görə bonus ödəmələr 2000-ci ildən çempionatda iştirak edən, adını dəyişməyən, Mühəndislər Kubokunu qazanan, iki dəfə ardıcıl titul qazanan komandalar əlavə bonus alacaqlar. Aydındır ki, Mercedes AMG komandası bu kateqoriyaların heç birinə düşmür.
Amma Formula One Group-un Sinqapur birjasına çıxması ilə əlaqədar direktorlar şurasına Mercedes-Benz konserninin nümayəndəsinin direktorlar şurasına seçilməsi həllolunan məsələdir.
Pitpass Berni Ekklstoundan sitat gətirib: “Mercedes AMG yeni Razılıq Müqaviləsini imzalayacaq, hər şey qaydasında olacaq. Düşünmək lazımdır – konsern direktorlar şurasında yer alacaqmı? Mən bu mövzuda Daimler AG konserninin başçısı Diter Tsetşe ilə keçən həftə danışmışam. Biz çox şeydə razılaşdıq, indi Diter bütün məsələləri konsernin idarə heyətilə müzakirə etməlidir.”