B.Ekklstoun məhkəmə araşdırmasından qorxmur

Milanda dərc olunan Corriere della Sera qəzetinə müsahibəsində Formula1-in menecment başçısı Berni Ekklstoun bildirib ki, Gerhard Qribkovskinin işi üzrə Almaniya […]

Milanda dərc olunan Corriere della Sera qəzetinə müsahibəsində Formula1-in menecment başçısı Berni Ekklstoun bildirib ki, Gerhard Qribkovskinin işi üzrə Almaniya məhkəməsi tərəfindən araşdırılmanın aparılmasından qorxmur…

Berni Ekklstoun: “Mən o zaman narahat olardım ki, nəsə bir günahım olsun! Amma mənim günahım yoxdur! Onlar məni həbs etməyə hazırlaşırlar? Mənim xəbərim yoxdur və bu məni narahat etmir. Bir şey aydındır: məsələyə pul qarışanda insanlar hər şeyə hazır olurlar. İnanmıram ki, məni məhkəmyə çağırsınlar.”

Berni onu da əlavə edib ki, heç vəzifəsindən getməyə də hazırlaşmır: “Mən hələ ideyalarımı tam həyata keçirməmişəm, ideyalarım isə hələ çoxdur!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*