B.Ekklstoun komandalarla yeni Razılıq Müqaviləsini müzakirə edib

Keçən həftə biz xəbər vermişdik ki, Berni Ekklstoun şəxsi komandaların başçıları ilə Londonda görüşərək Razılıq Müqaviləsinin şərtlərini müzakirə edib. Amerikada […]

Keçən həftə biz xəbər vermişdik ki, Berni Ekklstoun şəxsi komandaların başçıları ilə Londonda görüşərək Razılıq Müqaviləsinin şərtlərini müzakirə edib. Amerikada dərc olunan Autoweek həftəliyi görüşün nəticələri barədə Bernidən maraqlanıb: komandalar yeni müqaviləni imzalamağa razılaşıblar…

Berni Ekklstoun: “Keçən həftə mən komandalarla görüşdüm ki, Razılıq Müqaviləsinin imzalanmasını sürətləndirim. Deyə bilərəm ki, komandaların hamısı təhlükəsiz vəziyyətdədirlər. Biz hamı ilə razılıq əldə etmişik, o cümlədən, Marussia komandası ilə – bu komanda çempionatda çıxışını davam etdirəcək. Mən narahat idim ki, onlar çempionatdan gedəcəklər, amma belə olmadı. Yeni Razılıq Müqaviləsinə əsasən komandalar heç vaxt almadıqları qədər mükafat alacaqlar.”

Berni 2014-cü ildə planlaşdırılan yeni V6 turbomotorlarına keçid mövzusuna da toxunub: “Komandalardan heç biri V6 motorlarına keçmək istəmir, amma motor istehsalçıları əmin edirlər ki, yeni motorların səsi yaxşı olacaq. Baxaq görək necə olacaq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*